...

XİN: Məhkəmə olmadan Orxan Zeynalovu cinayətkar adlandırmaq təqsirsizlik prezumpsiyasının pozulmasıdır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 17 Oktyabr 2013 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir S.Ağayeva/

Məhkəmə olmadan Orxan Zeynalovu cinayətkar adlandırmaq və onunla kobud rəftar etmək təqsirsizlik prezumpsiyasının pozulmasıdır. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

Onun sözlərinə görə, bu məsələ öz hüquqi əsasını tapmalıdır: "Azərbaycan və Rusiya arasında konsulluq konvensiyası var və bütün məsələlər bu sənəd əsasında tənzimlənməlidir".

E.Abdullayev qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfirliyi saxlanılan Orxan Zeynalova zəruri konsulluq dəstəyi göstərəcək: "Azərbaycan XİN Moksvadakı diplomatik missiyaya müvafiq tapşırıq verib".

XİN rəsmisi deyib ki, səfirlik artıq Rusiya tərəfinə O.Zeynalovla görüşün təşkil edilməsi ilə bağlı müraciət edib və cavab gözləyir: "Mövcud insident məişət zəminində törədilib və Rusiya KİV-də bu məsələnin şişirdilməsi də təqsirsizlik prezumpsiyasının pozulmasıdır".

Onun sözlərinə görə, Rusiyadakı səfirlik bu günlərdə Moskvada Azərbaycan vətəndaşı Ruslan Qaraxanlının qətlini də araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti