...

ATƏT PA-nın prezidenti Volqoqradda azərbaycanlının da yaralandığı terror aktını pisləyib

Siyasət Materials 22 Oktyabr 2013 17:25 (UTC +04:00)
ATƏT-in Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç Rusiyanın Volqoqrad şəhərində 6 nəfərin həlak olmasına və bir azərbaycanlı da daxil olmaqla 40 nəfərdən çox insanın yaralanmasına səbəb olan terror aktının törədilməsini pisləyib. Bu barədə Trend ATƏT PA-nın rəsmi saytına istinadən məlumat verir.
ATƏT PA-nın prezidenti Volqoqradda azərbaycanlının da yaralandığı terror aktını pisləyib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir S.Əhmədova/

ATƏT-in Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç Rusiyanın Volqoqrad şəhərində 6 nəfərin həlak olmasına və bir azərbaycanlı da daxil olmaqla 40 nəfərdən çox insanın yaralanmasına səbəb olan terror aktının törədilməsini pisləyib. Bu barədə Trend ATƏT PA-nın rəsmi saytına istinadən məlumat verir.

R.Krivokapiç bildirib: "Mən Volqoqrad şəhərində bir çox günahsız insanın həlak olmasına və yaralanmasına səbəb olan terror aktını pisləyirəm. ATƏT-in Parlament Assambleyası adından şəxsən terror qurbanlarının ailələrinə, eləcə də Rusiya hökuməti və xalqına səmimi qəlbdən başsağlığı verirəm".

ATƏT PA-nın prezidenti qeyd edib ki, ATƏT-in hərtərəfli təhlükəsizlik prinsipləri, eləcə də insan həyatı və ləyaqətinə hörmət çərçivəsində terror və ekstremizmlə mübarizə üçün kollektiv addımlar atılması davam etdirilməlidir.

Qeyd edək ki, Volqoqradda terror aktı zamanı xəsarət alanlar arasında 16 yaşlı Rusiya vətəndaşı olan azərbaycanlı Əliyev Nail Naib oğlu da var.

Sözügedən terror aktı dünən Moskva vaxtı ilə saat 14:45-də "Lesobaza" dayanacağı yaxınlığında baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, çox sayda insan yaralanıb.

Rusiya hüquq mühafizə orqanları sərnişin avtobusunda baş vermiş partlayışın Mahaçqala sakini Naida Axiyalova tərəfindən törədildiyini bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti