...

NATO ölkələrinin müdafiə nazirləri Volqoqradda baş vermiş terror aktını pisləyiblər

Siyasət Materials 23 Oktyabr 2013 16:56 (UTC +04:00)
NATO-ya üzv ölkələrin müdafiə nazirləri bu gün NATO-Rusiya Şurasının Brüsseldə keçirilən iclasında Rusiyanın Volqoqrad şəhərində 6 nəfərin həlak olmasına və çox sayda insanın yaralanmasına səbəb olan terror aktının törədilməsini pisləyiblər.
NATO ölkələrinin müdafiə nazirləri Volqoqradda baş vermiş terror aktını pisləyiblər

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir S.Əhmədova/

NATO-ya üzv ölkələrin müdafiə nazirləri bu gün NATO-Rusiya Şurasının Brüsseldə keçirilən iclasında Rusiyanın Volqoqrad şəhərində 6 nəfərin həlak olmasına və çox sayda insanın yaralanmasına səbəb olan terror aktının törədilməsini pisləyiblər. Bu barədə Trend Şimali Atlantika Alyansının rəsmi saytına istinadən məlumat verir.

NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib ki, terrorizmə qarşı mübarizə əməkdaşlığın əsasını təşkil edir.

Qeyd edək ki, Volqoqradda terror aktı zamanı xəsarət alanlar arasında 16 yaşlı Rusiya vətəndaşı olan azərbaycanlı Əliyev Nail Naib oğlu da var.

Sözügedən terror aktı bazar ertəsi Moskva vaxtı ilə saat 14:45-də "Lesobaza" dayanacağı yaxınlığında baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, çox sayda insan yaralanıb.

Rusiya hüquq mühafizə orqanları sərnişin avtobusunda baş vermiş partlayışın Mahaçqala sakini Naida Axiyalova tərəfindən törədildiyini bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti