...

Efiopiya parlamentinin spikeri və Misir XİN rəhbərinin müavini Azərbaycana səfər edəcəklər

Siyasət Materials 24 Oktyabr 2013 14:48 (UTC +04:00)
Efiopiya Xalq Nümayəndələr Parlamentinin spikeri Abadula Qemada və Misir xarici işlər nazirinin müavini Fatimə əl-Zəhra III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcəklər.
Efiopiya parlamentinin spikeri və Misir XİN rəhbərinin müavini Azərbaycana səfər edəcəklər

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir S. Ağayeva/

Efiopiya Xalq Nümayəndələr Parlamentinin spikeri Abadula Qemada və Misir xarici işlər nazirinin müavini Fatimə əl-Zəhra III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcəklər. Bunu cümə axşamı Trend-ə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev deyib.

Forum oktyabrın 31-dən noyabrın 1-dək davam edəcək. Forumda 100-dən artıq ölkədən qonaqların iştirakı gözlənilir.

Forum çərçivəsində 8 istiqamət üzrə dəyirmi masalar təşkil olunacaq: "Texnologiyaların konvergensiyası və gələcəyin konturları", "XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında", "Postmodern dövrdə milli özünüdərk", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə", "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti