Azərbaycan, Bakı, 25 oktyabr /Trend/
Belarus Prezidenti Aleksandr Lukaşenko MDB ölkələrinin dövlət başçıları adından Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə inamlı qələbə qazanması münasibətilə təbrik edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
A.Lukaşenko bu gün MDB Dövlət Başçıları Şurasının kiçik tərkibdə iclasını açıq elan edərək deyib: "Sizə xalqınızın və ölkənizin çiçəklənməsi naminə əmək sərf etməyinizi arzulayırıq".
Belarus Prezidenti, həmçinin MDB dövlət başçıları adından Tacikistan Prezidenti Emomali Rahmona noyabrda keçiriləcək prezident seçkilərində uğurlar arzulayıb.