...

Gürcüstanda prezident seçkilərinin ilkin yekun nəticəsi açıqlandı

Siyasət Materials 28 Oktyabr 2013 20:55 (UTC +04:00)
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) bütün 3 741 məntəqədəki bülletenləri hesablayaraq prezident seçkilərinin ilk yekun nəticələrini açıqlayıb.
Gürcüstanda prezident seçkilərinin ilkin yekun nəticəsi açıqlandı

Gürcüstan, Tbilisi, 28 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) bütün 3 741 məntəqədəki bülletenləri hesablayaraq prezident seçkilərinin ilk yekun nəticələrini açıqlayıb. Trend-in məlumatına görə, seçkilərdə qələbəni hakim "Gürcü arzusu" koalisiyasının namizədi Georgi Marqvelaşvili qazanıb.

G.Marqvelaşvili həmin məntəqələrdə 62,1 faiz səs toplayıb. Seçkilərdə ikinci yeri 21,73 faiz səslə "Vahid Milli Hərəkat" partiyasının namizədi David Bakradze tutub. "Demokratik hərəkat - Vahid Gürcüstan"ın namizədi Nino Burcanadze isə 10,18 faiz səslə üçüncü olub.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 27-də keçirilib. Seçkilərdə seçicilərin 46 faizi iştirak edib.

Seçkilərin yekun nəticəsi 19 gündən sonra elan ediləcək. Bu, yekun təsdiq edilmiş protokollar MSK-ya daxil olduqdan sonra baş verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti