...

BMT-nin baş katibi İsrailin məskunlaşdırma fəaliyyətini pisləyib

Siyasət Materials 31 Oktyabr 2013 04:09 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun İsrailin Şərqi Qüds də daxil olmaqla, işğal olunmuş Fələstin torpaqlarında yaşayış məntəqələrinin inşası üzrə gələcək planlarını pisləyib.
BMT-nin baş katibi İsrailin məskunlaşdırma fəaliyyətini pisləyib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

BMT-nin baş katibi Pan Gi Mun İsrailin Şərqi Qüds də daxil olmaqla, işğal olunmuş Fələstin torpaqlarında yaşayış məntəqələrinin inşası üzrə gələcək planlarını pisləyib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu təşkilatın rəsmi nümayəndəsi Martin Nesirki deyib:

"Qüdsün statusunun qabaqcadan müəyyən edilməsi üzrə istənilən tədbirlər beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. Məskunlaşdırma fəaliyyəti beynəlxalq hüquqa ziddir və sülhün əldə olunmasına əngəl törədir".

Onun sözlərinə görə, baş katib anlayır ki, İsrailə daxili müxalifət qarşısında həbs olunmuş fələstinliləri azad etmək kimi addım atmaq çətin idi. Bununla yanaşı, o, fələstinliləri və israilliləri danışıqlar prosesini davam etdirməyə və qarşılıqlı etimadı sarsıdacaq fəaliyyətdən çəkinməyə çağırıb.

Qeyd edək ki, İsrail həbs olunmuş 26 fələstinlinin azad edilməsindən dərhal sonra İordan çayının Qərb sahili və Şərqi Qüdsdə yaşayış məntəqələrinin inşasını davam etdirəcəyini bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti