...

Latviyanın sabiq dövlət başçısı Madrid Klubunun prezidenti seçilib

Siyasət Materials 7 Dekabr 2013 10:11 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzin dəstəyi ilə Avstraliyanın Brisbane şəhərində keçirilmiş Madrid Klubunun XII Baş Assambleyası çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviya Respublikasının sabiq prezidenti xanım Vaira Vike-Freiberga Madrid Klubunun növbəti prezidenti seçilib.
Latviyanın sabiq dövlət başçısı Madrid Klubunun prezidenti seçilib

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir İ.İzzət/

Nizami Gəncəvi Beynəlxalq Mərkəzin dəstəyi ilə Avstraliyanın Brisbane şəhərində keçirilmiş Madrid Klubunun XII Baş Assambleyası çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzin həmsədri, Latviya Respublikasının sabiq prezidenti xanım Vaira Vike-Freiberga Madrid Klubunun növbəti prezidenti seçilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Trend-ə verilən məlumata görə, Baş Assambleyadan sonra Mərkəz adından çıxış edən həmsədr, İsgəndəriyyə Kitabxanasının direktoru cənab Dr. İsmail Serageldin Nizami Gəncəvi Mərkəzi ilə Madrid klubunun reallaşdırdığı layihənin təkcə Cənubi Qafqaz regionu üçün deyil, o cümlədən bütün dünya üçün tolerantlıq, dialoq və anlaşmanın təbliğ olunmasına yardim edəcək bir qlobal platformanın yaranmasının əsası olub.

Qeyd edək ki, Avstraliyada keçirilmiş Forumda Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Qırğızıstanın sabiq Prezidenti Roza Otunbayeva, Hollandiyanın sabiq Baş Naziri Vim Kok, Yeni Zellandiyanın sabiq Baş Naziri Jennifer M. Şipley olmaqla 40-a yaxın sabiq ölkə və hökumət rəhbərləri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti