...

Putin Rusiyada təhlükəsizliyin gücləndirilməsinə dair göstəriş verib

Siyasət Materials 30 Dekabr 2013 13:57 (UTC +04:00)
RF Prezidenti Vladimir Putin Milli Antiterror Komitəsinə (MAK) Rusiya ərazisində, xüsusilə, Volqqoradda təhlükəsizliyin gücləndirilməsinə dair tapşırıq verib.
Putin Rusiyada təhlükəsizliyin gücləndirilməsinə dair göstəriş verib

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

RF Prezidenti Vladimir Putin Milli Antiterror Komitəsinə (MAK) Rusiya ərazisində, xüsusilə, Volqqoradda təhlükəsizliyin gücləndirilməsinə dair tapşırıq verib.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, V.Putin hər gün MAK-dan görülən tədbirlərlə, həmçinin vəziyyətlə bağlı operativ hesabatlar alacaq.

Qeyd edək ki, bu gün səhər saatlarında Volqoqradda trolleybusda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 28 nəfər isə xəsarət alıb. Dünən isə şəhərin dəmiryol vağzalında baş vermiş partlayış nəticəsində 14 nəfər ölmüş, 40-dən artıq şəxs isə yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti