...

Azərbaycan XİN Volqoqrad şəhərində baş vermiş terror aktlarını pisləyir

Siyasət Materials 30 Dekabr 2013 13:34 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Volqoqrad şəhərində baş vermiş terror aktlarını pisləyib.
Azərbaycan XİN Volqoqrad şəhərində baş vermiş terror aktlarını pisləyir

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Volqoqrad şəhərində baş vermiş terror aktlarını pisləyib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Volqoqrad şəhərində dəmiryol vağzalında və ictimai nəqliyyatda baş vermiş terror aktlarını qəti şəkildə qınayır və bu terror əməlləri nəticəsində həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına və Rusiya xalqına başsağlığı verir, xəsarət alanların isə tezliklə şəfa tapmalarını arzuladığını bildirir.

Məlumatda deyilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti