...

Rusiya ilə Azərbaycan arasında sərhədlərin demarkasiyası məqsədilə 8-ə qədər sənəd hazırlanır

Siyasət Materials 12 Fevral 2014 12:23 (UTC +04:00)
Rusiya ilə Azərbaycan arasında sərhədlərin demarkasiyası məqsədilə 8-ə qədər sənəd hazırlanır.
Rusiya ilə Azərbaycan arasında sərhədlərin demarkasiyası məqsədilə 8-ə qədər sənəd hazırlanır

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir E.Mehdiyev/

Rusiya ilə Azərbaycan arasında sərhədlərin demarkasiyası məqsədilə 8-ə qədər sənəd hazırlanır. Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

Q.Məmmədov qeyd edib ki, bununla bağlı yeni görüşlərin keçirilməsi gözlənilir: "O sənədlər hazır olandan sonra biz demarkasiya işini həyata keçirəcəyik".

Komitə sədri xatırladıb ki, ötən ilin may ayında Moskvada müvafiq komissiyanın üzvlərinin görüşü keçirilib və orada sərhədlərin demarkasiyası ilə bağlı qərar qəbul olunub.

Q.Məmmədovun sözlərinə görə, hələ MDB məkanında heç bir dövlətin Rusiya ilə sərhədi müəyyən edilməyib: "Ancaq Prezident İlham Əliyevin səyi nəticəsində hələ 2010-cu ildə Azərbaycan buna nail oldu. Bu, təsdiqləndi, imzalandı və sonrakı illərdə həm Azərbaycan parlamentində, həm də Rusiya Dövlət Dumasında ratifikasiya olundu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti