...

Georgi Marqvelaşvili: Gürcüstan və Azərbaycan sərhədlərin demarkasiyası üzrə işləri aktivləşdirmək niyyətindədirlər

Siyasət Materials 15 Fevral 2014 11:35 (UTC +04:00)
Gürcüstan və Azərbaycan sərhədlərin demakrasiyası üzrə işləri aktivləşdirmək niyyətindədirlər.
Georgi Marqvelaşvili: Gürcüstan və Azərbaycan sərhədlərin demarkasiyası üzrə işləri aktivləşdirmək niyyətindədirlər

Gürcüstan, Tbilisi, 15 fevral /Trend, müxbir N. Kirtsxaliya/

Gürcüstan və Azərbaycan sərhədlərin demakrasiyası üzrə işləri aktivləşdirmək niyyətindədirlər. Trend-in məlumatına görə, bunu Gürcüstan Prezidenti Georgi Marqvelaşvili "Rustavi-2" televiziyasının efirində deyib.

Onun sözlərinə görə, Azərbaycana səfər zaman bu prosesin aktivləşdirilməsi haqqında razılaşma əldə olunub.

G. Marqvelaşvili bildirib ki, Bakıda danışıqlar zamanı demarkasiyası üzrə komissiyanın fəaliyyətinin hökumətlər səviyyəsində aktivləşdirilməsinin zəruriliyi birmənalı olaraq qeyd edilib: "Bu, strateji tərəfdaşlıq kontekstində problem yarada bilməz".

Dövlət başçısının sözlərinə görə, həmin komissiya çərçivəsində iki ölkə sərhədində yerləşən David Qareci məbəd kompleksi ilə bağlı məsələ də həllini tapacaq: "Azərbaycana səfər zamanı bu məsələ dövlət sərhədinin demarkasiyası prosesi kontekstində müzakirə olunub".

Qeyd edək ki, Gürcüstan Prezidenti fevralın 12-13-də Azərbaycanda səfərdə olub. Azərbaycan və Gürcüstan sərhədinin 180 kilometr sahəsi hələ tam razılaşdırılmayıb.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov daha əvvəl bildirmişdi ki, Azərbaycanın Gürcüstan ilə sərhədi 480 kilometr təşkil edir. Bunun 300 kilometri razılaşdırılıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti