...

Yanukoviç və müxalifət nümayəndələri razılığa gələ bilmədilər

Siyasət Materials 19 Fevral 2014 08:38 (UTC +04:00)
Ukrayna Prezidenti Viktor Yanukoviç və müxalifət nümayəndələri danışıqlar zamanı Kiyevdəki vəziyyət üzrə qarşılıqlı anlaşma əldə edə bilməyiblər.
Yanukoviç və müxalifət nümayəndələri razılığa gələ bilmədilər

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Ukrayna Prezidenti Viktor Yanukoviç və müxalifət nümayəndələri danışıqlar zamanı Kiyevdəki vəziyyət üzrə qarşılıqlı anlaşma əldə edə bilməyiblər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu müxalif "Udar" partiyasının lideri Vitali Kliçko deyib.

V.Kliçkonun fikrincə, ölkə Prezidenti vəziyyətə adekvat reaksiya vermir: "Düşünürəm ki, hakimiyyət qüvvələri geri çəkməli və qanlı qarşıdurmaya son qoymalıdır, çünki insanlar həlak olurlar. Mən bunu Yanukoviçə də dedim. Nə qədər ki qan axır, hansı danışıqlardan söhbət gedə bilər?"

Qeyd edək ki, kiyevdə ötən gün vəziyyət daha da gərginləşib. Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, iğtişaşlar zamanı ölənlərin sayı 11 nəfərə çatıb.

Xəbər lenti

Xəbər lenti