...

Azərbaycan-NATO Beynəlxalq Məktəbinin qış sessiyasının açılışı keçirilib

Siyasət Materials 24 Fevral 2014 14:12 (UTC +04:00)
Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin (NİSA) qış sessiyasının açılışı keçirilib.
Azərbaycan-NATO Beynəlxalq Məktəbinin qış sessiyasının açılışı keçirilib

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir S.Əhmədova/

Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin (NİSA) qış sessiyasının açılışı keçirilib.

Trend-in məlumatına görə, sessiyanın açılışında Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov, Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu, İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz, bir sıra diplomatik missiyaların nümayəndələri və ekspertlər iştirak ediblər.

NİSA Qış Sessiyası əsas diqqətini Aİ-nin "Şərq tərəfdaşlığı"nın perspektivləri və onun Avroatlantik zonasının təhlükəsizliyinin siyasi, hərbi, iqtisadi və digər meyarları üzərində mümkün təsiri və digər məsələlər üzərində cəmləşdiriləcək.

Sessiya fevralın 28-nə qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti