...

Rüstəm Usubov: Məlum olmayan səbəbdən SSRİ rəhbərliyi Sumqayıt hadisələri zamanı Rusiyada yerləşən hərbi hissələrin qüvvələrini yeridib

Siyasət Materials 28 Fevral 2014 11:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan ərazisində, o cümlədən Bakı və Sumqayıt şəhərləri ərazisində Sumqayıt şəhərindəki iğtişaşların qarşısını almaq üçün yetərli sayda hərbi qüvvələr olsa da, məlum olmayan səbəbdən SSRİ rəhbərliyi buraya Rusiyada yerləşən hərbi hissələrin qüvvələrini yeridib, lakin onlar da iğtişaşların qarşısını almaq üçün yetərincə tədbirlər görməyiblər. Vaxtında hərbçilərə müraciət olunmasına baxmayaraq, onlar tərəfindən heç bir hərəkət olmayıb. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə hazırlanmış "Sumqayıt 1988: Cinayət və cəza" kitabının təqdimat mərasimində bildirib.

R.Usubov deyib ki, o vaxtkı Sumqayıt Rayon Polis İdarəsinin rəis əvəzi, milis podpolkovniki Xanlar Cəfərov general Krayevdən Nasosnıda (indiki Tağıyev qəsəbəsi) hərbi qoşunların Sumqayıta yeridilməsini xahiş etsədə, o, "bir qrup xuliqanların öhdəsindən qələ bilmirsiniz" deyə irad tutaraq bundan imtina edib və nəticədə ölənlərin sayı 32-yə çatıb. Yalnız bundan sonra komendant saatı təyin olunub.

Baş prokurorun birinci müavininin sözlərinə görə, SSRİ Baş Prokurorluğunun istintaq qrupuna daxil edilmiş Azərbaycan Respublikası hüquq mühafizə orqanlarının əməkdaşlarının ifadələrindən görünür ki, onlar Sumqayıt hadisələrinin istintaqını aparmış SSRİ Baş Prokurorluğunun istintaq qrupunun tərkibində fəaliyyət göstərib, istintaq qrupunun rəhbəri SSRİ Baş Prokurorluğunun xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Qalkin familyalı bir nəfər olub, iş üzrə əsas istintaq hərəkətlərini SSRİ Baş Prokurorluğundan və RF-nin müxtəlif vilayətlərindən dəvət olunmuş müstəntiqlər icra edib. Aparılan istintaq hərəkətlərindən onlar belə nəticəyə gəliblər ki, Sumqayıt hadisələrini ermənilər və xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil edib, istintaq qrupunun rəhbərləri cinayətin sifarişçilərinin və təşkilatçılarının müəyyən edilməsi istiqamətində demək olar ki, istintaq hərəkətləri aparmayıb, onların ifşa olunmasında maraqları olmayıb və buna görə də əsas cinayətin icraçıları barəsində işlərin tezliklə tamamlanıb məhkəməyə göndərilməsini tələb edib və azərbaycan millətindən olan müstəntiqlərin əsas istintaq hərəkətlərinin icra olunmasından kənarda saxlamağa çalışıblar.

Onun sözlərinə görə, SSRİ Baş prokurorunun müavini Bakı və Sumqayıt şəhərlərinə ezam edilmiş Katusevdə istintaqın tezliklə yekunlaşmağına göstəriş verib: "Tərəfimizdən həmin dövrdə Sumqayıt şəhərində partiya sovet və hüquq mühafizə orqanlarında işləyib, habelə kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələri dindiriliblər. Onların verdikləri ifadələrdən belə nəticəyə gəlmək olar ki, hadisələr Sovet rəhbərliyinin hansısa məkrli planları və xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq həyata keçirilib və idarə olunub, iğtişaşların qarşısını almaq üçün dövlət rəhbərliyi səviyyəsində lazımi tədbirlər görülməyib. Əksinə, Kremilin göstərişilə rəsmi Bakı Sumqayıt hadisələrinin guya bir qrup xuliqan törətdiyini qəbul etmiş siyasi səbəbləri araşdırmaq, onlara siyasi qiymət vermək əvəzinə günahkarları öz içimizdə Sumqayıt şəhərinin, o vaxt rəhbərləri arasında axtarmağa tez tələsik onları vəzifədən və partiyadan çıxarmağı çalışıblar".

R.Usubov bildirib ki, SSRİ Daxili İşlər naziri Puqonun 1991-ci ildə özünü vurması faktı üzrə müstəntiq Niyazi Vəlixanov onun evində baxış apararkən çoxlu sayda qovluqlar müəyyən edib və həmin qovluqlarda Dağlıq Qarabağ, Mesxeti türklərinin Özbəkistandan qovulması və bununla əlaqədar SSRİ Daxili İşlər Nazirliynə mütəmadi məlumatların verilməsi aşkar edilib: "Apardığımız istintaq zamanı Sumqayıtda doğulub və uzun müddət orada yaşamış sakinlərin çoxsaylı ifadələrindən görünür ki, iğtişaşları təşkil edən qara plaşlı şəxslər Sumqayıtlı olmayıb, onlar öz aralarında bəzən erməni dilində danışaraq, azərbaycan dilini də təmiz bilib və hadisələr zamanı əhali arasında ermənilər əleyhinə təbliğat aparıb, insanlara spirtli içkilər, təsiredici həblər, pul, dəmir parçaları və sair paylayıblar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti