...

Türkiyənin Hakimlər və Prokurorlar Ali Şurasının tərkibi dəyişib

Siyasət Materials 28 Fevral 2014 16:01 (UTC +04:00)
Türkiyə parlamentinin Hakimlər və Prokurorlar Ali Şurasının ölkənin Ədliyyə Nazirliyinin tabeliyinə verilməsi haqqında qərarından sonra ədliyyə naziri Bəkir Bozdağ Ali Şuranın tərkibinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
Türkiyənin Hakimlər və Prokurorlar Ali Şurasının tərkibi dəyişib

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə parlamentinin Hakimlər və Prokurorlar Ali Şurasının ölkənin Ədliyyə Nazirliyinin tabeliyinə verilməsi haqqında qərarından sonra ədliyyə naziri Bəkir Bozdağ Ali Şuranın tərkibinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, Şuraya əlavə olaraq baş katibin beş müavini, eləcə də üç müfəttiş təyin edilib.

Qəzet yazır ki, Şuranın Ədliyyə Nazirliyinin tabeliyinə verilməsindən sonra Cümhuriyyət Xalq Partiyası (CHP) Konstitusiya Məhkəməsinə müraciət edib.

Dünən Türkiyə Prezidenti parlamentin adıçəkilən qərarını bəyənib.

Qeyd edək ki, Türkiyədə Hakimlər və Prokurorlar Ali Şurası 1981-ci ildə təsis edilib. Şuranın səlahiyyətlərinə hakim və prokurorların hazırlanması, işə təyin olunması, eləcə də onların işdən kənarlaşdırılması və məhkəmə proseslərinə təyin edilməsi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti