Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir T.Cəfərov/
Bu gün səhər İran parlamentinin spikeri Əli Laricanin Cənubi Afrika Respublikası və Konqoya səfəri başlayıb. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.
Səfərdən öncə Laricani jurnalistlərə müsahibəsində deyib ki, İran Cənubi Afrika Respublikası ilə iqtisadi və siyasi əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.
Spiker qeyd edib ki, səfər zamanı Cənubi Afrika Respublikası ilə İran arasında müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafı və iqtisadi sahədə əməkdaşlığın daha da gücləndirilməsi kimi məsələlər müzakirə olunacaq", -deyə Laricani bildirib.
Məlumata əsasən, dördgünlük səfər çərçivəsində Laricani və onu müşayiət edən nümayəndə heyəti Konqoya da səfər edəcək. Konqo rəsmiləri ilə də ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparacaq.