Azərbaycan, Bakı, 4 mart /Trend/
Viktor Yanukoviçin siyasi gələcəyi yoxdur. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Bu gün mətbuat konfransında V.Putin deyib: "Mənə bu barədə danışmaq çətindir. Hesab edirəm ki, onun [Yanukoviçin] siyasi gələcəyi yoxdur.
O, həmçinin bəyan edib ki, Rusiya V.Yanukoviçin taleyində humanist baxımdan iştirak etdi, Ukraynada onu öldürə bilərdilər: "Yanukoviçin taleyində iştiraka gəldikdə, biz bunu sırf humanizm baxımından etmişik... Hesab edirəm ki, onu öldürə bilərdilər".