Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə Konstitusiya Məhkəməsi həbsdə olan Baş Qərargahın sabiq rəisi İlkər Başbuğla bağlı qərar qəbul edib.
Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, ölkənin Konstitusiya Məhkəməsi İ.Başbuğ haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəkilin aşağı məhkəmə instansiyasında qaldırdığı vəsatətə baxılmamasına münasibət bildirib.
Konstitusiya Məhkəməsinin qərarında deyilir: "Vəkilin aşağı məhkəmə instansiyasında qaldırdığı vəsatətə baxılmaması fərdi azadlıq və təhlükəsizlik hüququnun pozulması kimi qiymətləndirilir".
Qeyd edək ki, Türkiyə Baş Qərargahının keçmiş rəisi İ.Başbuğa "Ergenekon" işi ilə bağlı ömürlük həbs cəzası verilmişdi. Məhkəmə 2006-cı ildə Türkiyədə hərbi çevrilişə cəhddə əli olan "Ergenekon" təşkilatını terrorçu təşkilat kimi tanıyıb. İ.Başbuğdan başqa, bir sıra digər yüksək vəzifəli hərbçilər də ömürlük həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, 70 yaşlı sabiq ordu generalı 2010-cu ildə istefaya getmişdi.