...

Türkiyə Baş Qərargahının sabiq rəisi İlkər Başbuğ azadlığa buraxıldı

Siyasət Materials 7 Mart 2014 19:53 (UTC +04:00)
İstanbul 20-ci Ağır Cinayətlər Məhkəməsi Türkiyə Baş Qərargahının sabiq rəisi İlkər Başbuğun azadlığa buraxılması haqqında qərar qəbul edib.
Türkiyə Baş Qərargahının sabiq rəisi İlkər Başbuğ azadlığa buraxıldı

Azərbaycan, Bakı, 7 mart /Trend/

İstanbul 20-ci Ağır Cinayətlər Məhkəməsi Türkiyə Baş Qərargahının sabiq rəisi İlkər Başbuğun azadlığa buraxılması haqqında qərar qəbul edib.

Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Qeyd edək ki, Türkiyə Baş Qərargahının keçmiş rəisi İ.Başbuğa "Ergenekon" işi ilə bağlı 2013-cü il avqustun 5-da ömürlük həbs cəzası verilmişdi. Məhkəmə 2006-cı ildə Türkiyədə hərbi çevrilişə cəhddə əli olan "Ergenekon" təşkilatını terrorçu təşkilat kimi tanıyıb. İ.Başbuğdan başqa, bir sıra digər yüksək vəzifəli hərbçilər də ömürlük həbs cəzasına məhkum edilmişdi.

Xatırladaq ki, 70 yaşlı sabiq ordu generalı 2010-cu ildə istefaya getmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti