...

Türkiyədə daha iki general azadlığa buraxıldı

Siyasət Materials 11 Mart 2014 18:24 (UTC +04:00)
Türkiyədə dövlət çevrilişinə hazırlıqla bağlı iş üzrə həbs edilən daha iki general azadlığa buraxılıb.
Türkiyədə daha iki general azadlığa buraxıldı

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə dövlət çevrilişinə hazırlıqla bağlı iş üzrə həbs edilən daha iki general azadlığa buraxılıb. Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.

Ağır Cinayətlər üzrə 2-ci İstanbul Məhkəməsi həbsdə olan generallar Mehmet Eroz və Tuncer Kılıncın azad edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, bu gün Ağır Cinayətlər üzrə 21-ci İstanbul Məhkəməsi həbs edilmiş general Xurşid Tolonu azad etmək barədə qərar verib.

Martın 10-da İstanbul məhkəməsi dövlət çevrilişinə cəhddə ittiham olunan 13 məhkumu da azadlığa buraxıb. Onlar arasında vəkil Kamal Kerinçsiz, jurnalist Tuncay Özkan, hərbçilər, yazıçı və publisistlər də var.

Xatırladaq ki, martın 7-də İstanbulun Ağır Cinayətlər Məhkəməsi hərbi çevrilişlə bağlı cinayət işi üzrə ömürlük həbs cəzasına məhkum edilmiş Türkiyə Baş Qərargahının sabiq rəisi general İlkər Başbuğu azad edib.

Məhkəmə 2006-ci ildə Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar "Ergenekon" təşkilatını terror təşkilatı kimi tanıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti