Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir R.Hafizoğlu/
Küveyt və Türkiyə regional məsələləri müzakirə edəcəklər. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Abdullah Gül Küveytə səfəri öncəsi deyib.
A.Gül qeyd edib ki, səfəri zamanı ölkələr arasında siyasi və iqtisadi sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məsələləri də müzakirə olunacaq.
Küveytə səfər edəcək Türkiyə nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Əmrullah İşlər, iqtisadiyyat naziri Nihat Zeybekçi, maliyyə naziri Mehmet Şimşək, müdafiə naziri İsmət Yılmaz daxildir.