...

Zimbabve Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıqda maraqlıdır (FOTO)

Siyasət Materials 10 Aprel 2014 19:22 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbengegvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Zimbabve Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıqda maraqlıdır (FOTO)

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbengegvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan E.Məmmədyarov Zimbabve xarici işlər nazirinin Azərbaycana səfərinin əhəmiyyətini qeyd edib. Azərbaycanın regionun lider ölkəsi olduğunu bildirən ölkəmizin xarici işlər naziri Azərbaycanın Afrika ölkələri ilə münasibətlərin inkişafında maraqlı olduğunu bildirib.

Zimbabve ilə bir çox sahələrdə, o cümlədən təhsil, turizm və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayan E.Məmmədyarov bunun üçün hüquq-müqavilə bazasının genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Eyni zamanda, görüşdə Azərbaycan ilə Zimbabve arasında beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb.

Zimbabvenin xarici işlər naziri S.Mumbengegvi ölkəmizə səfərindən məmnun olduğunu bildirib və ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında Zimbabvenin nazirinə məlumat verən E.Məmmədyarov,Azərbaycanın münaqişənin beynəlxalq hüquq əsasında həll olunmasının tərəfdarı olduğunu bildirib. O, həmçinin bildirib ki, Ermənistan münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamə və qərarlara məhəl qoymayaraq, Azərbaycan ərazilərinin işğalını davam edir. E.Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti