...

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına fəxri ad verilib

Siyasət Materials 16 May 2014 18:58 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına “Əməkdar Mədəniyyət İşçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına fəxri ad verilib

Azərbaycan, Bakı, 16 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına "Əməkdar Mədəniyyət İşçisi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan xalqının mədəni irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aşağıdakı əməkdaşlarına "Əməkdar Mədəniyyət İşçisi" fəxri adı verilsin:

Abdullayev Fikrət Fail oğlu
Əliyeva Gülnar Ələkbər qızı
Məmmədova Sevil Məmmədxan qızı
Məmmədova Svetlana Lətif qızı
Mirzəyeva Səadət Məmmədəli qızı
Rzayeva Rəna Fərid qızı

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan xalqının mədəni irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aşağıdakı əməkdaşları təltif ediliblər:

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

Quliyev Anar Adil oğlu
Primov Eldar Əskər oğlu

"Tərəqqi" medalı ilə

Cəfərova Reyhan Ələsgər qızı
Kazımova Esmira Zeynal qızı
Rüstəmov Teymur Aslan oğlu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti