...

İsveçrənin paytaxtı Berndə 28 May – Respublika Günü qeyd olunub (FOTO)

Siyasət Materials 29 May 2014 16:13 (UTC +04:00)
İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilib.
İsveçrənin paytaxtı Berndə 28 May – Respublika Günü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir S.Əhmədova/

İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilib.

Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən Trend-ə verilən məlumata görə, təqribən 250 qonağın qatıldığı tədbirdə İsveçrənin federal və kantonal qurumlarının rəsmiləri, İsveçrədə akkreditə olunmuş diplomatik korpus, ölkə ictimaiyyətinin tanınmış simaları, elm xadimləri, işgüzar dairələrin nümayəndələri, eləcə də İsveçrədəki Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Ziyafətdə istedadlı pianoçu Emil Muradovun ifasında Azərbaycanın milli musiqisi səsləndirilib, müasir Azərbaycanın görüntülərindən ibarət videoçarx nümayiş etdirilib və qonaqlara milli mətbəximizin ləziz təamları təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti