...

Çexiya və Azərbaycan investisiya mübadiləsinə hazırdırlar

Siyasət Materials 3 İyun 2014 13:38 (UTC +04:00)
Azərbaycan ilə Çexiya arasında münasibətlərin inkişaf perspektivləri çox yaxşıdır.
Çexiya və Azərbaycan investisiya mübadiləsinə hazırdırlar

Azərbaycan, Bakı, 3 iyun / Trend, müxbir S. Ağayeva/

Azərbaycan ilə Çexiya arasında münasibətlərin inkişaf perspektivləri çox yaxşıdır. Trend-in məlumatına görə, bunu Çexiya XİN-in rəhbəri Lyubomir Zaoralek çərşənbə axşamı Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqların yekunu üzrə keçirdiyi mətbuat konfransında deyib.

Çexiyalı nazir deyib: "Biz təhsil və turizm sahəsində əməkdaşlığı genişləndirmək istərdik".

L.Zaoralek azərbaycanlı iş adamlarını Çexiya iqtisadiyyatına investisiyalar qoymağa çağırıb: "Azərbaycan bizə energetika sahəsində əməkdaşlığa dair təkliflər paketi təqdim edib, mənimlə iş adamlarından ibarət böyük nümayəndə heyəti gəlib və onlar Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərirlər".

E.Məmmədyarovun sözlərinə görə, tərəflər Bakıda səmərəli danışıqlar aparıblar. Danışıqlarda həm ikitərəfli münasibətlərə, eləcə də beynəlxalq səviyyədə əməkdaşlıq məsələlərinə toxunulub: "Biz iqtisadi əlaqələri, viza məsələlərini, təhsil, turizm və digər sahələrdə məsələləri müzakirə etdik. İki ölkə arasında Çexiyada viza alan azərbaycanlı tələbələrin viza almaları məsələsində bir sıra problemlər olub, həmkarım yaxın vaxtlarda həmin problemlərin həll ediləcəyini vəd etdi".

E.Məmmədyarov əlavə edib ki, Çexiya Azərbaycan ilə iqtisadi münasibətlərin inkişafına da maraq göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti