...

Azərbaycan Prezidenti portuqaliyalı həmkarına təbrik məktubu ünvanlayıb

Siyasət Materials 9 İyun 2014 18:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Prezidenti Anibal Kavaku Silvaya təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti portuqaliyalı həmkarına təbrik məktubu ünvanlayıb

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Prezidenti Anibal Kavaku Silvaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Milli bayramınız - Portuqaliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan və Portuqaliya arasında əlaqələr, dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti