...

Oqtay Əsədov İraqda terrorçuların girov götürdüyü türk diplomatların təcili azadlığa buraxılmasını tələb edib

Siyasət Materials 12 İyun 2014 15:58 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Mosulda Türkiyə diplomatlarının girov götürülməsi ilə bağlı sərt bəyanatla çıxış edib.
Oqtay Əsədov İraqda terrorçuların girov götürdüyü türk diplomatların təcili azadlığa buraxılmasını tələb edib

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Mosulda Türkiyə diplomatlarının girov götürülməsi ilə bağlı sərt bəyanatla çıxış edib.

Trend xəbər verir ki, spiker bu bəyanatı bu gün Bakıda keçirilən TürkPA Şurasının iclasında elan edib.

İclas zamanı O.Əsədov da Mosul hadisələri ilə bağlı qardaş Türkiyə ilə həmrəyliyini ifadə edib, eyni zamanda, terrorçu İŞİD (İraq və Şam İslam Dövləti) təşkilatı tərəfindən girov götürülən Türkiyə vətəndaşlarının təcili azadlığa buraxılmasını tələb edib: "Azərbaycan bu hadisəni qətiyyətlə pisləyir və bütün addımlarda qardaş Türkiyənin yanındadır. Bu hadisə ilə bağlı dərhal türkdilli ölkələr tərəfindən, o cümlədən TürkPA tərəfindən bəyanat hazırlanmalıdır. Gün ərzində bu bəyanat hazır olmalıdır".

Milli Məclis sədrinin fikrincə, diplomatların dərhal azad olunmaması böyük fəsadlara yol açacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti