...

MSK: Gürcüstanda bələdiyyə seçkiləri sakit şəraitdə keçir

Siyasət Materials 15 İyun 2014 12:26 (UTC +04:00)
Ümumilikdə Gürcüstanda bələdiyyə seçkiləri sakit şəraitdə keçir. Trend-in məlumatına görə, bunu bazar günü jurnalistlərə Gürücstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi xanım Eka Azaraşvili deyib.
MSK: Gürcüstanda bələdiyyə seçkiləri sakit şəraitdə keçir

Gürcüstan, Tbilisi, 15 iyun /Trend, müxbir N.Kirsxaliya/

Ümumilikdə Gürcüstanda bələdiyyə seçkiləri sakit şəraitdə keçir. Trend-in məlumatına görə, bunu bazar günü jurnalistlərə Gürücstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi xanım Eka Azaraşvili deyib.

Onun sözlərinə görə, hazırda seçicilərin aktivliyi orta səviyyədədir. Seçicilərin səsverməsi ilə bağlı ilk dəqiq məlumatlar bu gün saat 12:00-da açıqlanacaq.

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili artıq seçki məntəqəsində səs verib. Prezident seçiciləri səsvermə prosesində aktiv olmağa çağırıb: "Hamını bu gün - Gürcüstan demokratiyasının konsolidasiyası günü münasibətilə təbrik edirəm. Ölkənin bütün seçicilərini aktiv olmağa çağırıram və siyasi partiyalara xatırladıram ki, ilk növbədə onların qələbəsi deyil, demokratiyanın qələbəsi vacibdir".

Seçkilərdə ilk qanun pozuntusu Batumidə 66-cı seçki məntəqəsində qeydə alınıb. Müşahidəçilərin sözlərinə görə, seçki məntəqəsi qanunla müəyyən edilmiş vaxtdan (saat 07:00-dək) 15 dəqiqə tez açılıb.

Mətbuat konfransında Doşaşke kəndindəki (Sameqrelo-Zemo Svanetiya regionu) seçki məntəqəsində baş vermiş insidentlə bağlı bəyanat da verilib.

MSK-nın mətbuat katibi qeyd edib ki, bazar gününə keçən gecə Martvili rayonunun Doşaşke kəndində 16 saylı seçki məntəqəsində maskalı naməlum şəxslər səsvermə üçün daşına bilən seçki qutularını oğurlayıblar: "Doşaşke kəndində səsvermə prosesi təkrar keçiriləcək. Fakt üzrə Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi qaldırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti