...

Belarus və Azərbaycan parlamentlərarası əlaqələrin intensivliyini qeyd edirlər

Siyasət Materials 19 İyun 2014 12:02 (UTC +04:00)
Belarus və Azərbaycan parlamentlərarası əlaqələrin intensivliyini qeyd edirlər. Bu, Belarusun xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviçin Azərbaycan parlamentinin nümayəndələri ilə görüşündə qeyd edilib.
Belarus və Azərbaycan parlamentlərarası əlaqələrin intensivliyini qeyd edirlər

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Belarus və Azərbaycan parlamentlərarası əlaqələrin intensivliyini qeyd edirlər. Bu, Belarusun xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviçin Azərbaycan parlamentinin nümayəndələri ilə görüşündə qeyd edilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı BELTA Belarus XİN-in mətbuat xidmətinə istinadən xəbər yayıb.

Aleksandr Mixneviç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun azərbaycanlı üzvləri - Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə görüşüb. XİN-in məlumatında deyilir: "Tərəflər qeyd edirlər ki, iki ölkə arasında habelə əməkdaşlıq üzrə parlament qrupları səviyyəsində parlamentlərarası əlaqələrin intensivliyi beynəlxalq əməkdaşlıq sahəsində səmərəli işə yaxşı nümunədir".

Görüşdə o da qeyd olunub ki, iki ölkənin parlamentariləri yalnız siyasi dialoqu dəstəkləmirlər, eyni zamanda ticari-iqtisadi, mədəni, elm, təhsil və digər sahələrdə münasibətlərin dərinləşməsinə hərtərəfli yardım göstərirlər.

Həmçinin, səfər zamanı Aleksandr Mixneviçin Gəncə Avtomobil zavodunun Müşahidə Şurasının sədri, parlamentin deputatı Xanlar Fətiyev ilə də görüşü baş tutub. Görüş zamanı "Belarus" traktorlarının və MAZ avtomobillərinin istehsalı, onların satışı, servis xidmətləri və məhsul istehsalının genişləndirilməsinin perspektivləri ilə bağlı məsələlər geniş müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti