...

Siyavuş Novruzov: Prezident İlham Əliyevin AŞPA-dakı çıxışından sonra Azərbaycan xalqı fəxarət hissi keçirirdi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 27 İyun 2014 12:48 (UTC +04:00)
Prezident İlham Əliyevin AŞPA-dakı çıxışından sonra Azərbaycan xalqı fəxarət hissi keçirirdi. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov: Prezident İlham Əliyevin AŞPA-dakı çıxışından sonra Azərbaycan xalqı fəxarət hissi keçirirdi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Prezident İlham Əliyevin AŞPA-dakı çıxışından sonra Azərbaycan xalqı fəxarət hissi keçirirdi. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, lakin bir sıra istisnalar var idi ki, bura da bəzi siyasi qüvvələr aiddir: "Onlar da erməni lobbisinə xidmət edən müəyyən Avropa deputatları, ermənilər, yaxud da ermənidən daha çox Azərbaycana ziyan verən, adını azərbaycanlı qoyub, lakin ölkəmizin əleyhinə işləyən bəzi ünsürlər idi. Biz bunun hamısının şahidi olduq ki, Prezident Azərbaycanla, dünyada gedən proseslərlə bağlı fikirlər səsləndirdi. Burada Avropa deputatlarının ölkə başçısına verdikləri suallar bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu barədə, regiondakı münaqişələrin həlli yolları barədə deyil, erməni deputatının yazıb qarşısına qoyduğu mənşəcə erməni olan Leyla Yunus və o cür ünsürlər haqqında idi".

S.Novruzov sual edib ki, axı niyə 1 milyondan çox qaçqın və məcburi köçkünlər haqqında və ya 20 faizdən çox torpaqlarımızın işğalı barədə suallar vermirlər?: "Bu da orada olan insanların simasını ortaya qoyur. Müxtəlif adlar altında sığınacaq almış, araşdırmalara görə bəziləri hətta erməni olduğuna görə sığınacaq alan, özünü indi azərbaycanlı adlandıran insanlar burada erməni olduğuna görə sıxışdırıldığından orada sığınacaq aldılar. Təbii ki, onlara Prezidentin o cür çıxışı sərf etmirdi. Bunun nəticəsi olaraq da Azərbaycanın haqq işinə, ölkədə gedən proseslərə kölgə salmaq üçün müəyyən erməni lobbisinə işləyən avropalı deputatlara qoşulub nəsə etməkdən ötrü bu addımları atdılar. Ancaq onların təxribatları baş tutmadı. Çünki bizim işimiz haqq işidir. Prezidentin qeyd etdiyi kimi, çalışacağıq ki, sədrliyimiz müddətində Avropada ikili standartların qarşısı alınsın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti