Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
İslam dünyası müsəlman ölkələrində baş verən hadisələrdən utanır, çünki məhz bu ölkələrdə müsəlmanlar bir-birilərini öldürürlər. Bunu Türkiyə Prezidenti Abdullah Gül bəyan edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Haber7" telekanalı xəbər yayıb.
Dövlət başçısı müsəlman ölkələrinin öz ərazilərində mövcud olan münaqişələri həll etmək üçün addım atmadıqlarına görə təəssüfünü ifadə edib.
Gülün sözlərinə görə, hazırda müsəlman dövlətlərində baş verənlər əslində həqiqi islamdan çox uzaqdır: "Müsəlman ölkələri öz səhvlərini dərk etməli və onları düzəltməlidirlər".
Prezident onu da bildirib ki, İslam sülh dinidir və terrorla heç bir əlaqəsi yoxdur.