Azərbaycan, Bakı, 11 avqust /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə bassağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir: "Hörmətli cənab Sədr, Tibet dağlarında turist avtobusunun qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
İlham Əliyev Çinin Sədrinə bassağlığı məktubu ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə bassağlığı məktubu ünvanlayıb.