...

Türkiyə Krımdakı seçkiləri tanımır

Siyasət Materials 17 Sentyabr 2014 15:50 (UTC +04:00)
Türkiyənin Xarici İşlər Nazirliyi sentyabrın 14-də Krımda parlament və yerli özünüidarə orqanlarına keçirilən seçkilərin nəticələrini tanımır.
Türkiyə Krımdakı seçkiləri tanımır

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Xarici İşlər Nazirliyi sentyabrın 14-də Krımda parlament və yerli özünüidarə orqanlarına keçirilən seçkilərin nəticələrini tanımır. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Bundan başqa, Türkiyə XİN Krımın Rusiyaya qanunsuz birləşdirilməsini də tanımadığını bəyan edib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ və Gürcüstan hakimiyyətləri də Krımda keçirilən seçkilərin nəticələrini tanımadıqlarını bəyan etmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti