...

Vladimir Jirinovski Bakını gördü və... (ƏLAVƏ OLUNUB-3) (FOTO)

Siyasət Materials 26 Sentyabr 2014 18:09 (UTC +04:00)
Azərbaycan heyrətamiz ölkədir, Bakı isə çox gözəl şəhərdir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Bakıya səfəri çərçivəsində deyib.
Vladimir Jirinovski Bakını gördü və... (ƏLAVƏ OLUNUB-3) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:13-də yayılıb)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan heyrətamiz ölkədir, Bakı isə çox gözəl şəhərdir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Bakıya səfəri çərçivəsində deyib.

RLDP sədri bildirib: "Müstəqil Azərbaycana ilk dəfə gəlirəm, daha əvvəl burada olmamışam. Mənim təəssüratlarım çox gözəldir, gözəl ölkəniz, çox yaxşı rəhbəriniz var".

Azərbaycanda rus dilinin qorunması haqqında sualı cavablandıran V.Jironovski qeyd edib ki, ölkədə bununla bağlı vəziyyət çox gözəldir: "Rus məktəblərinin sayının daha da çox olmasını istərdik.

Dövlət Dumasının deputatı bu gün Bakıda 23 saylı orta məktəbdə olub. O, məktəbdə 6-cı sinif şagirdləri üçün açıq dərs keçirib, onlardan rus klassiklərinin əsərləri barədə soruşub. Həmçinin 10-cu sinif şagirdləri ilə görüşüb, onlara hədiyyələr bağışlayıb. Məktəblilər də öz növbəsində, ona suvenirlər təqdim ediblər.

Şagirdlərlə görüşdən sonra o deyib ki, möhtəşəm bina, zəkalı şagirdlər hər şeyə düzgün cavab verdilər.

Bakı haqqında təəssüratlarını bölüşən V.Jirinovski qeyd edib ki, şəhər yaxşılığa doğru çox dəyişib: "Mənim Bakıya səfərimdən 40 il keçib, şəhər çox dəyişib, xalq çox xeyirxahdır, hamı rus dilini çox yaxşı bilir, ruslara yaxşı münasibət hiss olunur".

Azərbaycanın ünvanına səsləndirdiyi tənqidi ifadələr barədə suala cavab verən V.Jirinovski bunun anlaşılmazlıq olduğunu bildirib: "Mənim qiymətləndirdiyim hansısa ayrı-ayrı hallar olub və bu qiymətləndirmələri avtomatik olaraq respublikaya və Azərbaycan xalqına yönləndiriblər və s. İndi bizim münasibətlərimiz yaxşıdır. Azərbaycanın gözəl rəhbəri var".

V.Jirinovski Bakı Slavyan Universitetinin tələbələri ilə görüşdükdən sonra jurnalistlərə deyib ki, Azərbaycanı ən yaxşı tərəfdən tanıyıb: "Gözəl ölkədir".

RLDP sədri bildirib: "Biz bir-birimizi yaxşı tanımağa vaxt tapmırıq. Biz hələ də Qərbi, Afrikanı və s. öyrənirik. Halbuki yan-yana yaşayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti