Azərbaycan, Bakı, 29 sentyabr /Trend/
Beş Xəzəryanı dövlətin liderləri ölkələrdən hər birinin 15 mil və 10 "balıq ovu" mili civarında sahilboyu dəniz məkanı üzərində milli suverenlik prinsipləri haqqında razılığa gəliblər. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə "Xəzər beşliyi" liderlərinin qəbul etdikləri siyasi bəyanatda deyilir.
Siyasi bəyanatda qeyd olunur: "Xəzər dənizində tərəflərin fəaliyyəti, o cümlədən tərəflərin bioloji su resursları hasilatına olan müstəsna hüququ ölkələrdən hər birinin 15 və 10 dəniz mili civarında sahilboyu dəniz məkanı üzərində razılaşdırılmış prinsiplər əsasında həyata keçiriləcək".
Qeyd edək ki, bu gün Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammiti keçirilir.