...

Ermənistan hökuməti ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair müqavilə layihəsini bəyənib

Siyasət Materials 2 Oktyabr 2014 14:05 (UTC +04:00)
Ermənistan hökuməti bu gün keçirdiyi iclasda ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə layihəsini bəyənib.
Ermənistan hökuməti ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair müqavilə layihəsini bəyənib

Azərbaycan, Bakı, 2 oktyabr/Trend/

Ermənistan hökuməti bu gün keçirdiyi iclasda ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə layihəsini bəyənib.

Trend-in cümə axşamı "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, Ermənistan maliyyə nazirinin müavini Suren Karayan müqavilənin əsas bəndlərini açıqlayıb.

Ermənistan Baş naziri Ovik Abramyan sənədin yekun razılaşdırılması və onun Ermənistan versiyasına uyğunluğunun yoxlanılması üçün bütün qurumlara 3 gün vaxt verib.

Qeyd edək ki, müvafiq sənədin oktyabrın 10-da Minskdə Avrasiya İqtisadi İttifaqı ölkələri liderlərinin danışıqlarının yekunu üzrə imzalanması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti