Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
Bu gün İsveçrənin Cenevrə şəhərində ATƏT Parlament Assambleyasının payız sessiyası öz işinə başlayıb.
Trend-in məlumatına görə, sessiyanın Bakı vaxtı ilə saat 18:00-da başlayacaq "Siyasi və hərbi məsələlər" adlı iclasına ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, azərbaycanlı millət vəkili Azay Quliyev sədrlik edəcək.
Toplantıda region ölkələrində mövcud olan siyasi və hərbi məsələlər ətrafında müzakirələr aparılacaq.
Qeyd edək ki, sessiya http://www.oscepa.org/ saytı ilə canlı yayımlanacaq.