Azərbaycan, Bakı, 10 oktyabr /Trend/
Minskdə Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması haqqında müqavilə imzalanıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, müqaviləni Rusiya, Belarus, Qazaxıstan və Ermənistan prezidentləri imzalayıblar.
Aİİ haqqında müqavilə bu ilin mayında Rusiya, Belarus və Qazaxıstanın dövlət başçıları tərəfindən imzalanmışdı.
Müqavilə 2015-ci ildə qüvvəyə minməlidir.