...

Bakıda yüksək səviyyəli beynəlxalq konfrans keçiriləcək

Siyasət Materials 6 Noyabr 2014 16:06 (UTC +04:00)
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində 7-8 noyabr 2014-cü il tarixində Bakıda Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfrans keçiriləcək.
Bakıda yüksək səviyyəli beynəlxalq konfrans keçiriləcək

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində 7-8 noyabr 2014-cü il tarixində Bakıda Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfrans keçiriləcək.

Trend Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, konfransın keçirilməsində məqsəd Avropa Şurasının Qonşu regionlar üzrə Siyasəti çərçivəsində əldə edilmiş nailiyyətləri nəzərdən keçirmək və bu siyasətin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaqdan ibarətdir.

Avropa və Asiyanın kəsişməsində yerləşən və Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətində iştirak edən dövlətlərlə möhkəm ikitərəfli əlaqələrə malik olan Azərbaycan təsis olunmasından etibarən Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətini yaxından dəstələyir.

Konfransda Avropa Şurası, üzv dövlətlər və Avropa Şurasının Qonşu regionlar üzrə Siyasəti proqramında iştirak edən dövlətlərin yüksək səviyyəli nümayəndələri təmsil olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti