...

"Əli Kərimlinin təxribat planı baş tutmadı"

Siyasət Materials 11 Noyabr 2014 16:06 (UTC +04:00)
Milli Şuranın 9 noyabr mitinqini ümumiyyətlə mitinq adlandırmaq olmazdı, çünki həm məqsədi, həm təşkilati işləri, həm forması, həm çıxışların üslubu, o cümlədən digər məsələlər yalnız ara qarışdırmaq üçün hesablanmış bir tədbir idi.
"Əli Kərimlinin təxribat planı baş tutmadı"

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Milli Şuranın 9 noyabr mitinqini ümumiyyətlə mitinq adlandırmaq olmazdı, çünki həm məqsədi, həm təşkilati işləri, həm forması, həm çıxışların üslubu, o cümlədən digər məsələlər yalnız ara qarışdırmaq üçün hesablanmış bir tədbir idi. Bu barədə Trend-ə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, mitinq deyəndə insanın gözü qarşısına kütləvilik gəlir, amma burada kütləvilik deyə bir şey yox idi: "Bakı şəhər İcra Hakimiyyəti 700 nəfərin iştirak etdiyini bildirib, amma o qədər adam yox idi, çünki bu 700 nəfərə jurnalistlər, hüquq-mühafizə orqanlarının əməkdaşları da daxildir. Yəni orada 450-500 nəfərdən çox insan olmayıb. Onların da bir qrupu bu və ya digər şəkildə qanunvericiliyi pozduğuna görə məsuliyyətə cəlb olunmuş insanların qohum-əqrəbası idi, bir qrupu da partiyaların funksionerləri, qəzetlərinin nümayəndələri və ayrı-ayrı təşkilatlara xidmət edən insanlar idi".

Onun sözlərinə görə, Milli Şuranın toplantısı guya Azərbaycanda insan hüquqlarının pozulmasının Avropanın ayrı-ayrı dairələri tərəfindən qabardılması üçün, onlara bir dəstavüz vermək üçün sifarişlə həyata keçirilən bir aksiya idi: "Məhz buna görə də insanlar bunların hansı məqsədə xidmət etməsini görərək burada iştirakdan imtina etdilər. İnsanlar bunların satqın, riyakar, ikiüzlü olduqlarını, Vətənə xəyanət etdiklərini görüb, bunların müdafiə etdiyi şəxsləri analiz edərək ortaya çıxarıblar ki, bunlar ermənini müdafiə edirlər. Azərbaycanın iki fədakar oğlu öz dədə-baba yurdunun ziyarətinə getdiyi zaman həbs olunub onlar üzərində qondarma məhkəmə qurulduğu bir vaxtda bunlar Azərbaycanda oturub Azərbaycanın hərbi sirlərini satan ermənini müdafiə edirlər. Hansı azərbaycanlı o mitinqə gedə bilərdi? Təbii ki, heç kim".

Millət vəkili bildirib ki, digər tərəfdən, toplantıda dövlət əleyhinə, insanlar əlehinə təhqiramiz fikirlər səsləndirərək təxribat yaratmağa çalışırdılar: "Amma hüquq-mühafizə orqanları dözümlülük göstərərək bunların təxribatına getmədi. Əli Kərimli planlaşdırmışdı ki, orada qarşıdurma olmalıdır, bir neçə adam döyülməli, tutulmalıdır. Avropada gözləyirdilər ki, həmin təxribatları çəkib göndərsinlər və müxtəlif qurumlara paylasınlar. Lakin onların qurduğu bu təxribat baş tutmadı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti