...

Elmar Məmmədyarov Polşaya gedir

Siyasət Materials 17 Noyabr 2014 17:15 (UTC +04:00)
Varşavada Azərbaycan-Polşa münasibətləri müzakirə olunacaq.
Elmar Məmmədyarov Polşaya gedir

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir Səba Ağayeva/

Varşavada Azərbaycan-Polşa münasibətləri müzakirə olunacaq. Danışıqlar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Polşaya ikigünlük səfəri çərçivəsində aparılacaq. Bunu Trend-ə Polşanın Azərbaycandakı səfriliyindən deyiblər.

Noyabrın 19-da başlayacaq səfər zamanı E.Məmmədyarovun Polşa Prezidenti, parlamentin hər iki palatasının rəhbərləri və xarici işlər naziri ilə görüşləri planlaşdırılıb.

Görüşlərdə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın perspektivləri, həmçinin regional əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Polşa XİN rəhbəri 2012-ci ilin iyun ayında Azərbaycan səfər etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti