Mübariz Əhmədoğlu: Ermənistan rəhbərliyinin hədələri heç bir təsir gücünə malik deyil

Mübariz Əhmədoğlu: Ermənistan rəhbərliyinin hədələri heç bir təsir gücünə malik deyil

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir Səbinə Əhmədova/

Ermənistanın prezidenti Serj Sarkisyanın, müdafiə nazirinin və onun müavinlərinin hədələri heç bir təsir gücünə malik deyil. Trend xəbər verir ki, bunu "Qarabağ saatı"nda Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, Ramil Səfərovun Macarıstanda həbsdən azad olunması xəbəri yayılan kimi S.Sarkisyan Təhlükəsizlik Şurasının təcili iclasını keçirdi və əvəz çıxmaq göstərişi verdi. İclasın sonunda Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Qorik Akopyanı nümayişkaranə şəkildə yanına çağırdı və "lazımi tapşırıqlar" verdi: "Nəticəsizliyi göz qabağındadır. Macarıstanla da bağlı hədələr gəldi, diplomatik əlaqəni dayandırdı. 3-4 ermənipərəst dövlət Macarıstanın hərəkətini pisləyən bəyanat verdi. Başqa heç nə baş vermədi. Bu gün Ermənistanın Macarıstanla diplomatik əlaqələri yoxdur, Müstəqil Macarıstanla müstəqil Azərbaycanın əlaqələri isə dinamik inkişafdadır".

M.Əhmədoğlunun sözlərinə görə, Ermənistan indiki rəhbərlərinin hesabına sanki mağarada yaşayır: "Yalnız eşitmək istədiklərini eşidirlər, görmək istədiklərini də görürlər. Bayırdan mağaranın içərisinə də yalnız tanıdıqları şeyləri daşıyırlar. Ətraf aləmdən izolyasiya olunmuş vəziyyətdədirlər. Almaniya Xarici İşlər Nazirliyinin Almaniya hökuməti adından Almaniya Bundestaqına bir neçə gün bundan qabaq göndərdiyi cavab ermənilərin reallıqdan hədsiz dərəcədə uzaq olduqlarını göstərir (http://www.bundestag.de/presse/hib/2014_11/-/339186)".

Politoloq hesab edir ki, Almaniya hökuməti beynəlxalq hüquq normalarına uyğun olaraq Dağlıq Qarabağı Azərbaycan Respublkasının ayrılmaz ərazisi hesab edir, amma bu ərazilərin ermənilərin nəzarəti altında olduğunu da bildirir: "Almaniya Xarici İşlər Nazirliyi Almaniya hökuməti adından bu açıqlamanı yaymazdan bir neçə gün əvvəl Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Ermənistanda səfərdə olmuşdu. Almaniya Ermənistana ən ciddi maliyyə yardımı edən iki dövlətdən biridir. Ayırdığı vəsaitin tərkibində qrant və yardımın məbləğinin nisbəti daha çox olur. Türkiyə məsələsinə görə son onillikdə Almaniyada Ermənistana xüsusi münasibət bəsləyən qruplar yaranıb. Ermənistanın Almaniyadakı səfiri məşhur daşnak, keçmiş deputat Vaan Ovannisyandır. V.Ovannisyan Almaniyada uzun müddət yaşayıb, çünki atası Münhendə "Azadlıq" radiosunun erməni redaksiyasının rəhbəri olub. V.Ovannisyanın özünün və atasının adının ASALA-nın terror siyahısında keçməsinə baxmayaraq, onların Almaniyadakı dost-tanışları Almaniya hökumətinin V.Ovannisyanın səfir təyin olunmasını rədd etməsinə imkan vermədilər. Almaniya-Türkiyə münasibətlərinin indiki fonu və Ovannisyanların Almaniyada güclü dayağa malik olması da Almaniya hökumətini həqiqəti deməkdən çəkindirə bilmədi. Almaniyanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinin sanballı tərkib hissəsidir. Yeri gəlmişkən, Almaniyadan bir az qabaq Fransa Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımaqla bağlı bəyanat vermişdi. Yaxınlarda analoji bəyanatla Böyük Britaniya da çıxış edib. Beynəlxalq ictimaiyyət erməni işğalçı qoşunlarının təlim keçirdiyi və vertolyotunun məhv edildiyi ərazini Azərbaycan ərazisi hesab edir".

O, qeyd edib ki, ekipajı Ermənistan vətəndaşları olan, Ermənistana məxsus hərbi vertolyotun Azərbaycan ərazisinə, Dağlıq Qarabağa daxil olması beynəlxalq hüququn Ermənistan rəhbərliyi tərəfindən tamamilə inkar edilməsi deməkdir: "İcraçılar şərəfsiz ölümlə cəzalarına çatdılar. Ermənistan ordusu başıpozuq bandit dəstəsi deyilsə, hərbi vertolyotun Azərbaycan ərazisinə daxil olması əmrini verən şəxs cəzalandırılmalıdır. Ermənistan dövləti isə beynəlxalq məhkəmədə cavab verməyə hazırlaşsın".

Politoloqun sözlərinə görə, Ermənistan rəhbərliyinin, o cümlədən S.Sarkisyanın kişiliyi çatırsa, şərəfi varsa, Dağlıq Qarabağın müstəqilliyini tanısın. Eləcə də Azərbaycandan Avropaya gedən neft-qaz kəmərlərini bombalasınlar: "Mərdlik, kişilik, sözübütövlük və Ermənistanın indiki rəhbərliyi ayrı-ayrı məkanlardadır. Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqsa, ATƏT-in Minsk qrupu formatından məhrum olacaq. Avropaya gedən neft-qaz kəmərlərinə hücum edəcəksə, bütün Qərbi itirəcək. Ona görə də Ermənistanın indiki rəhbərliyinin hədələri, bəyanatları nağara effektindən başqa bir şey deyil".

Azərbaycan balıqçılığın inkişafı üçün azad edilmiş ərazilərin potensialından istifadə edəcək
Azərbaycan balıqçılığın inkişafı üçün azad edilmiş ərazilərin potensialından istifadə edəcək
Azərbaycanın qeyri-dövlət sektoru üzrə ixracında “SOCAR Polymer” liderlik edir
Azərbaycanın qeyri-dövlət sektoru üzrə ixracında “SOCAR Polymer” liderlik edir
Türkiyənin İƏT üzv ölkələrinə ixracı azalıb
Türkiyənin İƏT üzv ölkələrinə ixracı azalıb
Loading Bars
Xəbər lenti
Fransada ötən sutka koronavirusdan 310 nəfər ölüb
Almaniyada karantin yanvarın 10-na qədər uzadıla bilər
UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna yekun vurulub
Fransanın sabiq prezidenti Jiskar d'Esten vəfat edib
Ötən sutka Moskvada koronavirusdan 73 nəfər ölüb
Suqovuşana çəkiləcək avtomobil yolunun minalardan təmizlənilməsi əməliyyatı başa çatıb (FOTO)
Türkiyədə əhalinin COVİD-19-a qarşı vaksinasiya ediləcəyi tarix müəyyənləşib
Britaniyada sutka ərzində 16 mindən artıq koronavirusa yoluxma qeydə alınıb
Gürcüstanda parlament seçkilərinin yekun nəticələri dekabrın 3-ü açıqlanacaq
Çilidə güclü zəlzələ baş verib
Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub
Firdovsi Umudov iki gözünü itirən qazini ziyarət etdi (VİDEO)
Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edirlər (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 414 mini keçib
Hazırkı vəziyyət onu deməyə əsas verir ki, karantin qaydaları sərtləşdirilməlidir - Mütəxəssis
Xəzər dənizində zəlzələ oldu
Azərbaycan balıqçılığın inkişafı üçün azad edilmiş ərazilərin potensialından istifadə edəcək
Doğum və ölüm haqqında elektron şəhadətnamələrin formaları təsdiqlənib
Azərbaycanın qeyri-dövlət sektoru üzrə ixracında “SOCAR Polymer” liderlik edir
Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması qaydası təsdiqləndi
Türkiyənin İƏT üzv ölkələrinə ixracı azalıb
Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın “Milli Könüllülük Şəbəkəsi” arasında əməkdaşlıq sazişi imzalanıb (FOTO)
Ədliyyə naziri torpaqlarımızın işğaldan azad olunması ilə bağlı xarici həmkarlarına müraciət edib
Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsi dayandırılıb
Ceyhun Bayramov Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb (FOTO)
"Təmiz şəhər" ASC 285 min manata yaxın məbləğdə müqavilə imzalayıb
17 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - İqtisadiyyat Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib (FOTO)
Sülhməramlı kontingent üçün gətirilən növbəti maddi-texniki təminat vasitələri təyinat məntəqəsinə çatdırılıb (FOTO/VİDEO)
Azərbaycanda əlilliyi olan şəxslər sosial müdafiə, reabilitasiya, məşğulluq tədbirləri ilə əhatə olunublar
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının gündəliyi açıqlanıb
UNEC alimləri Ermənistanın məhv edilmiş hərbi texnikasının məbləğini açıqladı
Braziliya Federal Senatının birinci vitse-prezidenti Azərbaycan Prezidentinə məktub ünvanlayıb
Kazanda 6-cı İƏT Gənc Sahibkarlar Forumu keçirilib (FOTO)
Poltava universitetində fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində azərbaycanlı tələbələrlə görüş keçirilib (FOTO)
Tibbi maskadan istifadə etməyən 747 sərnişin cərimələnib (FOTO)
Bakıda məhkuma göndərilən ayaqqabıdan heroin çıxdı
5 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib
“AzerGold” Azərbaycanın dövlət sektoru üzrə ixracında liderlər sırasında yer alıb
Azərbaycan beynəlxalq birgə iclasda təmsil olunub
Ali Baş Komandan prinsipiallıq nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Vətən Müharibəsindəki qardaşlar: Yaralansalar da döyüşə geri qayıtdılar (FOTO)
Livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edildi (VİDEO)
Dekabrın 3-də manatın dollara qarşı məzənnəsi
Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Prezident İlham Əliyevi təbrik edib
Şagirdlərin təxminən 25 faizinin onlayn dərslərə cəlb edilməməsi bizim üçün problemdir - Nazir
Biləcəri bələdiyyəsinin sədri koronavirusdan öldü
Serbiya-Macarıstan sərhədində “Cənub Qaz Dəhlizi”nə qoşulacaq boru kəmərinin tikintisi başlayıb
"Şamaxı yolu"ndakı yerüstü piyada keçidinin lifti bərpa olundu (FOTO)
Ermənistanda Paşinyanın istefası tələbi ilə petisiya hazırlanıb
Azərbaycan ilk gündən pandemiyaya yalnız qlobal həmrəyliklə qalib gəlməyin mümkünlüyü mesajını dünyaya ünvanladı - Vüqar Rəhimzadə
Azərbaycanla təlim və hazırlıqla bağlı əməkdaşlığımız davam edir - Hulusi Akar
44 günlük müharibədə Ermənistanın 30 ildir qurduğu ordusu darmadağın edildi - Hərbi ekspert
"Azərişıq" ASC-nin 5 əməkdaşı Vətən Müharibəsində şəhid olub, 17 nəfər yaralanıb
Banklar şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verdi
Azərbaycanda uşaq müdafiə mexanizmi təkmilləşdiriləcək - Dövlət Komitəsi
Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı
Azərbaycanda çoxlu sayda yeni iş yerləri açılacaq
PAŞA Bankdan kiçik və orta bizneslər üçün hədiyyəli kampaniya
Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start verilir
Biləsuvarda qapı-pəncərə sexindən oğurluq edən şəxs saxlanılıb
Deputat Naqif Həmzəyev seçicilərin qayğıları ilə tanış olub (FOTO)
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov UNESCO-nun Baş katibinə müraciət ünvanlayıb
Ermənistanın təcavüzü nəticəsində Füzuli və Cəbrayılın işğal olunmamış ərazilərinə dəymiş ziyan müəyyənləşdi
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
Türkiyədə karantin qaydaları sərtləşdirildi - Evdə qonaqlığa görə cərimə
“Qızılağac” Milli Parkında qanunsuz balıq ovu ilə məşğul olan şəxs tutulub (VİDEO)
Qarabağla bağlı razılaşma regionda uzunmüddətli sülhün təmininə xidmət edəcək - Qazaxıstan prezidenti
“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO)
Yelo Bank fərdi sahibkarlara dəstəyini davam etdirir (FOTO)
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar
Yaxın vaxtlarda vaksinasiyaya başlanacaq - Akif Qurbanov
TƏBİB kütləvi KT və rentgen müayinələrinə aydınlıq gətirib
Ölkəmizin tarixində yeni dövr başlayır, mühüm tarixi proseslərin əsası qoyulur - Deputat
Sərt karantin rejimi qaçılmaz ola bilər – TƏBİB
Vaksin olmadığından qoruyucu tədbirlərə diqqət etməliyik - Akif Qurbanov
TƏBİB koronavirusdan evdə müalicə olunanlara xəbərdarlıq edib
İranda koronavirusa yoluxanların sayı 1 milyona çatır
Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür - Vitse-spiker
Sərt tədbirlərə mütləq əl atılmalıdır, xəstəxanalarda yer qalmayacaq - XƏBƏRDARLIQ
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub
COVİD-ə qarşı spesifik dərman və vaksin yoxdur - RƏSMİ
Laçın rayonunun Qarıqışlaq kəndi (VİDEO)
20 yaşdan aşağı şəxslər koronavirusun, daha doğrusu ölümün daşıyıcılarıdır - Adil Allahverdiyev
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Azərbaycanda bu insanlar koronavirusu ağır keçirir - TƏBİB
“Təmiz Sumqayıt” ekoloji layihəsinə start verilir
Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
Gədəbəydə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
Azərbaycanda koronavirusdan ölüm faizi açıqlandı
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
Belarus, Qırğızıstan və Qarabağdakı hadisələr KTMT məkanındakı vəziyyəti çətinləşdirdi - Putin
Azərbaycanda 3 942 nəfər COVID-19-a yoluxub, 2 265 nəfər sağalıb, 37 nəfər vəfat edib
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib (FOTO)
“Ziraat Bank Azərbaycan” Yığım Əmanəti məhsulunu təqdim edir
Azərbaycanda 4 dövlət əmlakı özəlləşdirilib
Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağının görüntüləri yayılıb (VİDEO)
Koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslərin sayı açıqlanıb
Bütün xəbərlər