Azərbaycan, Bakı, 19 noyabr /Trend/
MDB Sərhəd Qoşunları Komandanları Şurası Birliyin qərb sərhədlərində vəziyyəti müzakirə edəcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə MDB İcraiyyə Komitəsinin yaydığı xəbərdə deyilir.
Məlumata görə, noyabrın 20-də Brestdə MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclası keçiriləcək.
İclasın gündəliyinə 8 məsələ daxil edilib. Onların sırasında xarici sərhədlərin qərb istiqamətində vəziyyət və onun inkişaf tendensiyası, MDB ölkələrinin sərhədyanı qurumlarının qarşılıqlı fəaliyyəti var.
İclasda Şuranın builki fəaliyyətinə yekun vurulacaq və gələcək planlar müzakirə olunacaq.