...

Emil Hüseynli: Görünür, erməni lobbisi Türkiyə mətbuatına müdaxiləyə də müvəffəq olub

Siyasət Materials 4 Dekabr 2014 17:40 (UTC +04:00)
Son vaxtlar Türkiyə mediasında Dağlıq Qarabağ mövzusu ilə bağlı səhvlərə yol verilməsi ciddi araşdırılmalı və bununla bağlı izahatlar tələb edilməlidir.
Emil Hüseynli: Görünür, erməni lobbisi Türkiyə mətbuatına müdaxiləyə də müvəffəq olub

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Son vaxtlar Türkiyə mediasında Dağlıq Qarabağ mövzusu ilə bağlı səhvlərə yol verilməsi ciddi araşdırılmalı və bununla bağlı izahatlar tələb edilməlidir. Bunu Trend-ə açıqlamasında "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Emil Hüseynli "Sabah" qəzetində Dağlıq Qarabağın müstəqil dövlət kimi təqdim edilməsini şərh edərkən deyib.

E.Hüseynli bildirib ki, bir müddət öncə helikopter hadisəsi zamanı "CNN Türk" kanalının reportajında Dağlıq Qarabağın müstəqil dövlət kimi təqdim edilməsi, ardınca "Sabah" qəzetində eyni siyasi savadsızlığın nümayiş etdirilməsi Azərbaycan və Türkiyənin qardaş münasibətlərinin baza prinsiplərinə ziddir: "Sabah" qəzeti kimi nüfuzlu bir qəzetin bu cür səhv buraxması bağışlanmazdır. Bu yazıya görə "Sabah" qəzeti məsuliyyət daşımalıdır".

İctimai Birliyin sədri qeyd edib ki, görünür, 2015-ci ildə qondarma "erməni soyqırımı"nın 100 illiyi ərəfəsində erməni lobbisi Türkiyənin mətbuatına müdaxiləyə də müvəffəq olub: "Dünyanın heç yerində tanınmayan, qəbul edilməyən qondarma və terrorçu bir qrupun "Sabah" qəzetində müstəqil dövlət kimi təqdim olunması Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdiddir. İnanıram ki, Türkiyə hökuməti mətbuatda yaranan bu arzuolunmaz tendensiyanı araşdıracaq və tövsiyələrini verəcək".

E.Hüseynli hesab edir ki, "Sabah" qəzeti bu yazıya görə təcili təkzib verməli, Azərbaycan xalqından üzr istəməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti