...

Rusiyaya qarşı sanksiyaların ardı kəsilmir

Siyasət Materials 20 Dekabr 2014 02:22 (UTC +04:00)
ABŞ prezidenti Barak Obama cümə günü bəyan edib ki, Rusiya və Krıma qarşı yeni sanksiyalar barədə fərman imzalayıb.
Rusiyaya qarşı sanksiyaların ardı kəsilmir

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

ABŞ prezidenti Barak Obama cümə günü bəyan edib ki, Rusiya və Krıma qarşı yeni sanksiyalar barədə fərman imzalayıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

"Fərman ABŞ sakinlərinin yeni sərmayələrini Ukraynanın Krım bölgəsinə, Krımdan malların, xidmətlərin və texnologiyaların ABŞ-a idxalını, həmçinin ABŞ-dan malların satışını və təchizatını, xidmətlərin və texnologiyaların ixracını, təkrar ixracını qadağan edir",- Obamanın konqresin nümayəndələr palatasının spikeri Con Beynerə ünvanlanmış məktubunda deyilir.

Bundan öncə cümə günü Kanada XİN rəhbəri Con Berd bildirib ki, Ottava Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir, TASS agentliyi xəbər verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti