...

MSK: Azərbaycanda bələdiyyələrin hamısı formalaşıb

Siyasət Materials 24 Dekabr 2014 13:23 (UTC +04:00)
Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində 1607 bələdiyyənin hamısı formalaşıb.
MSK: Azərbaycanda bələdiyyələrin hamısı formalaşıb

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində 1607 bələdiyyənin hamısı formalaşıb. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

M.Pənahov deyib ki, artıq 118 dairə seçki komissiyası üzrə 5015 məntəqədən 5015 protokol MSK-ya daxil olub, 1 861 728 bülleten sayılıb.

Onun sözlərinə görə, bütün bələdiyyələrə seçkilər Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilib.

M.Pənahov deyib ki, seçicilərin fəallığı 39 faizə yaxın olub: "Dünənki seçkilərdə seçicilərin seçki prosesinə ciddi marağı olub. Seçkilərdə 1 milyon 876 min 14 nəfər iştirak edib ki, bu da kifayət qədər yüksək rəqəmdir. Bu, ötən bələdiyyə seçkiləri ilə müqayisədə 6-7 faiz çoxdur".

MSK sədri bələdiyyə seçkilərində müşahidəçilər və KİV nümayəndələri ilə bağlı xoşagəlməz halların demək olar ki, olmadığını da bildirib.

Qeyd edək ki, dekabrın 23-də bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 5015 seçki məntəqəsində 1607 bələdiyyəyə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti