"Barak Obamanın ikiüzlülüyü"

"Barak Obamanın ikiüzlülüyü"

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

ABŞ Prezidenti Barak Obama 2009-cu ildə "beynəlxalq diplomatiyanın möhkəmləndirilməsi və xalqlar arasında əməkdaşlığın gücləndirilməsi üçün göstərdiyi böyük səylərə görə" Nobel mükafatına layiq görüldü. Bu, cənab Obamanın prezident seçilməsindən cəmi 9 ay sonra baş verdi. ABŞ-ın ilk afro-amerikalı lideri yüksək kürsüdə oturmamışdan əvvəl bəyan etmişdi ki, ölkəsinin birtərəfli xarici siyasətindən imtina edəcək və Amerika ilə yanaşı, həm də digər dünya ölkələrinin maraqlarını qoruyacaq. O, hətta İranla danışıqlar masasına oturacağını və Quantanamo həbsxanasını bağlayacağını vəd etmişdi. Amerikalıların və bütün dünyada bir çox insanların gözündə Obama sülh və davamlı sabitliyi tərənnüm etdirən dövlət başçısı kimi rəğbət doğururdu. Ancaq müdriklərin dediyi kimi, yalnız böyük şəxsiyyətlər öz əməlləri ilə bəyan etdikləri yüksək idealları təsdiqləyirlər.

ABŞ-ın Corc Vaşinqton universitetinin professoru Marta Finnemor və dosent Henri Farrelin "Foreyn Affairs" nəşrində dərc etdikləri "İkiüzlülüyün sonu. Amerikanın xarici siyasəti sızınıtılar əsrində" başlıqlı məqalədə ABŞ-ın, xüsusilə də Barak Obama Administrasiyasının həyata keçirdiyi xarici siyasəti ikiüzlülüyün bariz nümunəsi kimi xarakterizə etmişlər. Müəlliflərin fikrincə, "ikiüzlülük - başqalarını öz hərəkətlərinin legitimliyi ilə razılaşmağa əmin etmək üçün Vaşinqtonun həyata keçirdiyi "yumşaq güc" siyasətinin vacib tərkib hissəsidir". Ancaq ABŞ ordusunun qulluqçusu Bredli Menninqin "Wikileaks"a ötürdüyü yüz minlərlə məxfi məlumatın açıqlanmasından və ABŞ Milli Təhlükəsizlik Agentliyinin analitiki Edvard Snoudenin Amerikanın casus proqramlarını ifşa etməsindən sonra, "Vaşinqton ikiüzlülüyünün süqutu kimi təsvir oluna biləcək halla rastlaşdı - bəyanatlar və əsl niyyətləri, bəzi hallarda isə öz məqsədlərinə çatmaq uçun istifadə etdiyi çirkin və ikrahdoğurucu metodlar üçün manevr imkanları sərt şəkildə daraldı".

Bütün dünya açıq şəkildə gördü ki, ABŞ nəinki düşmən hesab etdiyi ölkələrin, hətta dost dövlətlərin rəhbərləri də daxil olmaqla yüksək vəzifəli şəxslərini izləyir, onların haqqında kompromat toplayır. Həmin məlumatlar təsdiq edirdi ki, ABŞ-ın xüsusi xidmət orqanları Avropa İttifaqının Brüsseldəki, Avropa Şurasının Vaşinqton və Nyu Yorkdakı, həmçinin onlarla ölkənin səfirliklərini dinləyir. Lazım gəldikdə, Dünya Bankının keçmiş rəhbəri və həmin dövrdə Fransa prezidentliyinə ən real namizədlərdən biri olmuş Dominik Ctross-Kannla bağlı olduğu kimi, istənilən şəxsə qarşı ssenari qurula və reallaşdırıla bilər. Bu isə dünya liderlərinin ABŞ-a və onun "səmimi" görünməyə çalışan prezidentinə qarşı etimadın və inamın itməsinə səbəb oldu.

"Həm də digər dünya ölkələrinin maraqlarını qoruyacağını" vəd edən cənab Obama nəinki sözlərinin üstündə durmadı, hətta Amerikaya ənənəvi müttəfiq olan ölkələri də qan çanağına çevirdi. 2009-cu ilin aprelində Misirə səfəri zamanı ABŞ Prezidenti iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi, Misirə dəstək, ABŞ-la İslam dünyası münasibətləri haqqında "yeni eranın başlanması" kimi bəyanatlarla yadda qalmışdı. Ancaq üstündən bir müddət keçmiş 30 illik prezidentliyi dövründə Vaşinqtondan gələn bütün sifarişləri can-başla icra edən Hüsnü Mübarək devrildi, Misir vətəndaş qarşıdurması meydanına çevrildi, keçmiş ölkə rəhbərinin üzərində isə məhkəmə quruldu. Demokratiya haqqında gözəl bəyanatların müəllifi olan rəsmi Vaşinqton Misir hərbçilərinin qanuni seçilmiş prezident Məhəmməd Mursini necə devirdiklərini kənardan müşahidə etdiyi bəs deyilmiş kimi, dövlət çevrilişini "çevriliş" adlandırmaqdan belə çəkindi. Bu da təsadüfi deyildi. Çünki həm H.Mübarək, həm də M.Mursi hakimiyyətinin devrilməsi planının arxasında da ABŞ dururdu. Nə rəsmi Vaşionqton, nə də vaxtilə Dövlət Departamentində yüksək vəzifə tutmuş Devid Kramerin başçılıq etdiyi "Freedom Hause" təşkilatı Qahirə məhkəməsinin bir gündə "Müsəlman qardaşları" təşkilatının 500-dən artıq üzvü barəsində edam qərarı çıxarmasına münasibət bildirmədi.

2001-ci il Nyu Yorkda törədilmiş terror hadisəsindən sonra Əfqanıstan, İraq, Yəmən, Tunis, Misir, Liviya, Suriya kimi ölkələrdə baş vermiş hadisələr Amerikanın "sülhməramlı" siyasətinin və cənab B.Obamanın bəyan etdiyi "İslam dünyası ilə yeni münasibətlər erası"nın konturlarını açıq göstərir. "Rəngli inqilablar", "Ərəb baharı" və digər çevriliş ssenarilərinin ayrı-ayrı ölkələrə hansı bəlaların gətirdiyini həmin ölkələrin xalqları daha yaxşı bilir və bu dəyişikliklərin lazım olub-olmadığına hamıdan yaxşı onlar cavab verə bilərlər.

Dünənə kimi İraqdan eşidilən qətllər, insan tələfatı haqqında məlumatlar bu gün Avropanın mərkəzindən - Ukraynadan gəlir. Vaxtilə SSRİ-nin güclü və böyük potensiala malik respublikalarından biri olmuş Ukrayna məhz ABŞ-ın və onun Avropadakı müttəfiqlərinin səyləri nəticəsində indi vətəndaş qarşıdurması meydanına çevrilib. Ölkədə real iqtisadiyyat çöküb, sosial problemlər artır, Krım itirilib, ölkənin Şərqi isə separatçıların əlinə keçərək rəsmi Kiyevin tabeçiliyindən çıxıb. Bundan sonra Ukraynaya beynəlxalq münasibətlər sistemində öz müvazinətini düzəltmək üçün neçə onilliklər lazım olacağını demək çətindir.

Amma Ukrayna hadisələri daha bir reallığı bütün çılpaqlığı ilə dünyaya göstərdi. ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nulandın Kiyevdəki səfir Ceffri Payatla məşhur telefon söhbəti həm də Maydanda baş verənlərin əsl mahiyyətini, ssenaristlərin və icraçıların kimliyini bütün dünyaya nümayiş etdirdi. Kiyevdə hakimiyyət dəyişikliyini Avropa İttifaqının əli ilə reallaşdırmağa çalışan Vaşinqton prosesin istənilən nəticə verməməsini xanım Nulandın dili ilə ".... EU" kimi ifadə etdi. Əgər 2013-cü ilin dekabrında V.Nulandın Maydanda yemək paylaması ABŞ-ın Avropa İttifaqının Ukraynadakı siyasətinə dəstəyi idisə, həmin xanımın Avropa haqqında fikri "bir şey edə bilmirsiniz, kənara çəkilin, biz gəlirik" mesajı kimi başa düşüldü.

Marta Finnemor və Henri Farrelin məlum məqaləsində bildirilir: "Birləşmiş Ştatların beynəlxalq arenada asanca qeyri-ardıcıl siyasət həyata keçirməsi Amerika liderlərində mülayimliyin yaranmasına səbəb olub. Az ölkə onların ikiüzlülüyünü ifşa etdiyinə və həmin ifşaediciləri qulaq ardına vurmaq mümkün olduğuna görə, siyasətçilər onların ölkəsinin ikili standartlar siyasəti yürütdüyünü hiss etmir və başa düşmürlər". Fransua Laroşfukonun dediyi kimi, "biz başqalarının qarşısında cild dəyişməyə artıq o qədər öyrəşmişik ki, öz qarşımızda da cildə girməyə başlamışıq".

Həqiqətən də cənab Obamanın dövründə ABŞ-ın Azərbaycanla bağlı siyasəti kəskin qeyri-ardıcıllığı və anlaşılmazlığı ilə seçilir. Hər halda, həm böyük Corc Buş, həm Bill Klinton, həm də kiçik Corc Buşun dövründə bu ölkədə kimin kim olduğu, kimin nəyə görə cavabdehlik daşıdığı bəlli idi. Söz deyilirdi, vəd verilirdi və heç olmasa, onların icrasına həqiqi cəhdlər göstərilirdi. ABŞ tərəfindən Azərbaycanın müstəqilliyinin dəstəklənməsi, birgə həyata keçirilən nəhəng enerji layihələri, Azərbaycanın ABŞ-ın terrorla mübarizəsinə hərtərəfli dəstəyi və digər məsələlər iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı. Hər halda, hər iki ölkə bu əməkdaşlıqdan yalnız udurdu. Ancaq B.Obama hakimiyyətə gəldikdən sonra ABŞ-ın Azərbaycanla bağlı prioritetləri "səhrada ilğım"ı xatırlatmağa başladı. Bir tərəfdən ABŞ dövlət başçısı Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini, İlham Əliyev hakimiyyəti ilə işləməyə davam edəcəklərini bəyan edir, digər tərəfdən də Azərbaycana dəstək istiqamətində heç bir addım atılmır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan əsas vasitəçilərdən biri kimi, ABŞ ikili standartları dövlət siyasəti səviyyəsinə yüksəltdi. Obama Administrasiyası hətta M.Brayzanın Azərbaycana səfir təyin edilməsində belə aciz görünməyə çalışdı. Halbuki Snoudenin və "Wikileaks"ın ifşalarından sonra Konqresin Xarici Əlaqələr Komitəsinin haradan və necə təlimatlandırıldığı da mübahisə mövzuları sırasından çıxıb. Bütün bunlar azmış kimi, ABŞ-ın bəzi dairələri Azərbaycanda müxtəlif hakimiyyət dəyişikliyi ssenariləri həyata keçirməyə can atdılar. ABŞ mediası və QHT-ləri Azərbaycana qarşı "qara piar" kampaniyasını günü-gündən şiddətləndirir. Bu ikiüzlülük və riyakarlığın səbəbini anlamaq mümkün deyildir. Belə halda görünən odur ki, Obama Administrasiyası ardıcıl ifşalardan, özünə qarşı dünyada inamın, etibarın əsaslı şəkildə sarsınmasından sonra ayrı-ayrı dövlətlərlə münasibətlərini necə davam etdirəcəyini hələ də müəyyənləşdirə bilməyib.

Ancaq cənab Obamanın şəxsi inciklik kasasında özünə layiqli yer tutmuş bir nüansı da diqqətdən qaçırmayaq. Məlumdur ki, 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması layihəsi həyata keçirilən vaxt ABŞ Prezidenti Ankaraya səfərə gəlmişdi. O da bəllidir ki, həm Dövlət katibi xanım H.Klinton, həm də cənab Obamanın özü Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlayaraq onu Türkiyəyə dəvət etmişdilər. Bundan məqsəd Azərbaycan dövlət başçısını sərhədlərin açılmasına razı salmaq olmuşdu. İlham Əliyev Türkiyəyə getməkdən imtina etməklə həm Türkiyəni antiazərbaycan siyasətinə sürükləmək, onun heysiyyatına toxunmaq cəhdlərindən sığortaladı, həm də cəsarətli və uzaqgörən dövlət başçısı kimi Azərbaycanın maraqlarını hər şeydən uca tutduğunu nümayiş etdirdi. Görünür, Barak Obama hələ də bugünə kimi Azərbaycan Prezidentinə bunu bağışlaya bilmir.

Beləliklə, ekspertlər deyirlər ki, cənab Obamanın prezidentliyi dövründə bütün dünyada terror daha da şiddətlənib, qaynar nöqtələrin miqyası genişlənib, vətəndaş qarşıdurması alovlanmış ölkələrin sayı durmadan artır, iqtisadi tənəzzül dünyadakı mövcud iqtisadi sistemi çökdürür, inkişaf etmiş dövlətlər belə sosial problemlərdən əziyyət çəkir, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq xalqlar və dinlər arasında qarşıdurma və qarşılıqlı ittihamlarla əvəzlənir və s. Daha acınacaqlısı isə odur ki, dünyanın ən nəhəng ölkəsi kimi ABŞ nəinki bu problemləri həll etməkdə aciz görünür, hətta bir sıra hallarda neqativ tendensiyanın təkanverici qüvvəsi kimi çıxış edir.

İndi ekspertlər sual edirlər ki, görəsən nə vaxtdan Nobel Komitəsi öz mükafatını konkret əməllərə görə yox, boş bəyanatlara görə verməyə başlayıb? Bu həmin mükafatın nüfuzuna mənfi təsir göstərmirmi? Digər tərəfdən, görəsən dediyinin əksini edənlərə hansı mükafat düşür?

"Azərbaycan" qəzeti

“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
Xaçmazın kəndlərində internet avadanlıqlarının modernləşdirilməsi davam edir - Nazirlik
Xaçmazın kəndlərində internet avadanlıqlarının modernləşdirilməsi davam edir - Nazirlik
Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Loading Bars
Xəbər lenti
Niderlandda “Xocalıya ədalət!” tələbinin əks olunduğu poçt markaları buraxılıb
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Polşada anılıb (FOTO)
Erik Rondolat: Azərbaycan Prezidenti bir lider olaraq vəziyyətdən düzgün çıxış yolunu tapa bildi
Britaniya hakimiyyəti ölkədə koronavirus üzrə təhlükə dərəcəsini aşağı endirib
Böyük Britaniya Nümayəndələr Palatasının veb-saytında Xocalı soyqırımı ilə bağlı bəyanat yerləşdirilib
İtalyan jurnalist: Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır
Göygöldə tikili yanıb
AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır
Vladimir Putin ilə Nikol Paşinyan arasında telefon danışığı olub
Prezident İlham Əliyev: Bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq
Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
Prezident İlham Əliyev: Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir
İşğadan azad edilmiş ərazilərdə yetişdiriləcək əsas kənd təsərrüfatı məhsulları bunlar olacaq
Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var - Bəhruz Quliyev
Könüllülər Xocalı soyqırımına həsr olunmuş tədbir keçirdi
Qeyri-formal məşğulluğun fəsadları: İnsanlar bu hüquqlarından məhrum olurlar
Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli
Həmsədrlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək göstərməlidir - Azay Quliyev
Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO)
ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə (FOTO)
Paşinyanın bəyanatı növbəti dəfə Rusiyanın nüfüzuna endirilən xain və sarsıdıcı bir zərbə oldu - Hərbi ekspert
ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir
Ağdamdakı dağıntılar rusiyalı jurnalistləri dəhşətə gətirdi - Trend TV-nin REPORTAJI
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb (FOTO)
Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri (FOTO)
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb (FOTO)
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib (FOTO)
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib
ATƏT Azərbaycanın azad edilmiş ərazilərində vasitəçilik missiyalarını təşkil etməyə hazırdır
Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu
Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə
Yelo bankdan hamıya 14.9% ilə nağd kredit
MDU-da “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib (FOTO)
Şaxtadan qorunmaq üçün qurulan çadırlara 200-ə yaxın vətəndaş üz tutub - Trend TV
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib (FOTO) (YENİLƏNİB)
Paşinyanın bəyanatı Rusiyanın hərb sənayesinə zərbə vurmaq niyyətini güdür - Siyasi şərhçi
Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək
Bakı və Sumqayıtda temperatur yüksəlib - FAKTİKİ HAVA
Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
UNEC-də Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq tədbir keçirilib (FOTO)
Azərbaycana gələn türkiyəli mütəxəssislər 520 nəfərə yardım edib
Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam
Prezident İlham Əliyev: Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir
Azərbaycan Prezidenti: Müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirilirdi
Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək
Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır
Azərbaycan Prezidenti: Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı
Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
Prezident İlham Əliyev: Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb
Prezident İlham Əliyev: Biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq, bunu heç gizlətmirdik
Azərbaycan Prezidenti: AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi
Prezident İlham Əliyev: Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır
Pakistan şirkətlərinin işğaldan azad olunan ərazilərin bərpasına cəlbi müzakirə edilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir
Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi (FOTO)
Ermənistanın güc strukturları çevriliş cəhdi ilə bağlı bəyanat yaydı
“Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi
Silk Way West Airlines tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır
Cəbrayılda daha bir nəfər minaya düşdü
Yerevan səmasında qırıcılar göründü (VİDEO)
Dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq
Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa edildi
Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir - Kamaləddin Qafarov
“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” filmi təqdim edilib (VİDEO)
AzTV-də "Qətl planı" - Tarixi qətllər araşdırılacaq (FOTO/VİDEO)
İranda 94 nəfər koronavirusdan ölüb
Ermənistan növbəti çevriliş astanasında - Əhali küçələrə axışır (VİDEO)
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib (FOTO)
Mediada zəruri islahatlar: Yenilikçi, yaradıcı, qərəzsiz medianın formalaşması üçün nələr edilməlidir? – ŞƏRH
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib (FOTO)
Möhtəşəm Triumf Palace layihəsində sərfəli şərtlərlə mənzillər əldə edə bilərsiniz (FOTO)
Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)
Sabah hava yağmursuz olacaq
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO/VİDEO)
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ukraynada dəyirmi masa keçirilib (FOTO)
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Xocalı soyqırımı qurbanlarının qisası alındı - Deputat
Küveyt mediasında Xocalı soyqırımı barədə məqalələr dərc olunub
Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA
Azəbaycanlılar Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar
Azərbaycanda 207 mindən çox insan koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
ÜST bölgələrdə işləyən tibb işçiləri üçün təlimlər keçirir
“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
Nazirlikdən İTV-də polisin fəaliyyətinin tənqid edilməsi ilə bağlı AÇIQLAMA
Qarda yıxılaraq xəsarət alanların sayı artıb (ƏLAVƏ OLUNUB)
Xəzər dənizinin Azərbaycan sektorunda ən sərt qış mövsümü 97 il əvvəl olub - Coğrafiya İnstitutu
"Xocalı soyqırımını unutma!" mövzusunda videokonfrans təşkil edilib (FOTO)
Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Bütün xəbərlər