...

Bolqarıstan Prezidenti Bakıya gəlir

Siyasət Materials 3 Fevral 2015 17:22 (UTC +04:00)
Bolqarıstan Prezidenti Rosen Plevneliyev III Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək.
Bolqarıstan Prezidenti Bakıya gəlir

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İlkin İzzət/

Bolqarıstan Prezidenti Rosen Plevneliyev III Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bolqarıstan Prezidenti R.Plevneliyev III Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün bu ilin aprel ayında Azərbaycana gələcək. Bu barədə razılıq R.Plevneliyevlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov və Mərkəzin İdarə Heyətinin üzvü, Bolqarıstanın eks-prezidenti Petar Stoyanov arasında Sofiyada keçirilmiş görüşdə əldə olunub. Prezident R.Plevneliyev Mərkəzin dəvətini qəbul edərək Foruma qatılacağını bildirib.

III Açıq Cəmiyyətlər Forumuna hazırlıq çərçivəsində keçirilmiş görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, xüsusilə də bu ilin aprelində Bakıda baş tutacaq III Açıq Cəmiyyətlər Forumuna dair geniş müzakirələr aparılıb. Mərkəzin Azərbaycanla Bolqarıstan arasında münasibətlərin inkişafına verə biləcəyi töhfələr barədə də fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, III Açıq Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2015-ci il aprelin 27-30-da Bakıda keçiriləcək. Tədbirdə 55 ölkədən 200-dək tanınmış ictimai və siyasi xadim, sabiq ölkə və hökumət rəhbərləri ilə yanaşı, hazırkı dövlət və hökumət başçılarının da iştirakı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti