...

Qırğızıstanın müdafiə naziri Azərbaycanın hərbi təhsil sistemi ilə tanış olacaq

Siyasət Materials 9 Fevral 2015 11:59 (UTC +04:00)
Qırğızıstan Respublikasının Müdafiə naziri ölkəmizə rəsmi səfərə gələcək.
Qırğızıstanın müdafiə naziri Azərbaycanın hərbi təhsil sistemi ilə tanış olacaq

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İlkin İzzət/

Qırğızıstan Respublikasının Müdafiə naziri ölkəmizə rəsmi səfərə gələcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, fevralın 10-da Qırğızıstan Respublikasının Müdafiə naziri cənab Abibilla Kudayberdiyev Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Cənab A.Kudayberdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Qırğızıstan Respublikasının Müdafiə naziri cənab A.Kudayberdiyevin rəsmi səfəri fevralın 13-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti